Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib


Meksikanın ən çox oxunan "El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu "Yalan ayaq tutar, yeriməz: Ermənistanın səmimi olmağının vaxtı çatıb” sərlövhəli geniş məqalə dərc olunub.

Səfirlikdən bildiriblər ki, məqalə sözügedən nəşrdə bir neçə gün əvvəl yayımlanmış Ermənistanın xarici işlər nazirinin müavininin yalan və qərəz dolu yazısına cavab olaraq hazırlanıb.

Yazıda erməni yalanları növbəti dəfə açıq şəkildə ifşa olunur, ikiüzlülük və riyakarlıq xislətindən əl çəkməyən Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrinə toxunulur və Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarından, qarayaxma kampaniyasından əl çəkməyə çağırılır.

Bildirilir ki, Ermənistan beynəlxalq münasibətlərdə səmimiliyi və beynəlxalq hüquqa hörməti ilə tanınan Meksikanın xoşməramlılığından və qonaqpərvərliyindən dəfələrlə öz çirkin məqsədləri üçün sui-istifadə edib, heç bir həqiqətə əsaslanmayan və qərəzli yazının "Meksika-Ermənistan münasibətlərinin inkişaf perspektivləri” adı altında dərc etdirilməsi məhz bu maraqlara xidmət edir.

Məqalədə Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bu gün də əl çəkmədiyi, 2020-ci il 10 noyabr tarixli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, 10 mindən çox hərbiçisini qanunsuz olaraq Azərbaycan ərazisində saxlamaqda və separatçı rejimi maliyyələşdirməkdə davam etdiyi, eləcə də ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına mane olduğu vurğulanır. Hətta Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkib hissəsi kimi tanıdığını bəyan etməsinə baxmayaraq, bunun danışıqlarda vaxt qazanmaq üçün istifadə edilmiş erməni hiyləsi olduğu ortaya çıxır.

Eyni zamanda Laçın yolu və "humanitar böhran”la bağlı erməni yalanlarına aydınlıq gətirilir. Müharibədən sonrakı iki il ərzində Azərbaycanın xoş niyyət nümayiş etdirərək Laçın yolunda hər hansı nəzarət mexanizmi təsis etmədiyi halda, Ermənistan tərəfindən ərazilərimizə silah-sursat, hərbi qulluqçuların və terrorçuların daşınması, o cümlədən təbii sərvətlərimizin talan edilməsi ilə bağlı aşkarlanmış çoxsaylı pozuntuların qarşısını almaq məqsədilə "Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradıldığı və heç bir məhdudiyyət olmadan fəaliyyət göstərdiyi qeyd olunur. Guya "humanitar fəlakət” yaşayan ermənilərin Bakının Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul etməmələri vəziyyəti "aclıq” kartı ilə manipulyasiya etmək və siyasiləşdirmək məqsədi daşıyır. Diplomat tələsik hazırlanmış qərəzli və heç bir fakta əsaslanmayan "Okampo hesabatı”nın etibarlılığının isə beynəlxalq hüquqşünas Rodni Dikson tərəfindən əsaslı sübutlarla iflasa uğradıldığına, onun ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsi olduğuna diqqət çəkir.

Eyni zamanda, qeyd olunur ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından deportasiya edilmiş yüz minlərlə Qərbi azərbaycanlının hüquqları bərpa edilməli və onlar dədə-baba yurdlarına qayıtmalıdırlar. Ermənistan baş nazirinin bu qayıdışı "milli təhlükəsizliyə təhdid” kimi görməsi ikiüzlülüyün növbəti nümunəsidir.

Yazıda o da vurğulanır ki, Ermənistan xarici işlər nazirinin müavini və həmin ölkənin rəhbərliyi qonşu dövlətlərə ərazi iddialarına, qarayaxma kampaniyalarına və hərbi təxribatlara son qoyulmasının vacibliyini dərk etməlidirlər. Belə əməllər regionda uzun zaman gözlənilən sülhün və sabitliyin bərqərar olmasına maneə törədir. Separatçı rejim ləğv edilməklə Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılmalıdır.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər