İcma: “BMT TŞ-nin iclası zamanı Ermənistanın iddiaları bir daha ifşa edildi”





16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilmiş iclası zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı guya Azərbaycanın hərəkətləri nəticəsində hansısa humanitar vəziyyətin olması ilə bağlı iddiaları bir daha ifşa olunub. İclas həmçinin Ermənistanın siyasətinin əsl mahiyyətinin Azərbaycana qarşı ərazi iddiaları və onun daxili işlərinə qarışmaq olduğunu bir daha göstərib.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Ermənistandan və vaxtilə hərbi istila yolu ilə ələ keçirərək 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlını qovmuş və onların geri qayıtmasına imkan verməyən Ermənistanın indi Azərbaycanı hansısa humanitar məsələdə ittiham etməyə çalışması ikiüzlülükdür.

"2020-ci il müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən köçmüş ermənilərin müharibədən dərhal sonra təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan yaratmış və hazırda onların reinteqrasiyasına çalışan Azərbaycan tərəfi öz Konstitusiyasının və insan hüquqlarının aliliyini təmin edir və bölgədə davamlı sülhün əsaslarını möhkəmləndirir.

Monoetniklik və etnik ayrı-seçkilik siyasəti aparan Ermənistan Azərbaycanın  Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri Azərbaycanda iki xalqın nümayəndələri arasında mümkün uğurlu birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış perspektivlərini gücləndirəcəyidir.

Qərbi Azərbaycan İcması dünya birliyini beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistanın ərazi ekspansiyası siyasətini və monoetniklik ideologiyasını pisləməyə, onun Azərbaycan ərazisində qanunsuz yerləşdirdiyi silahlı birləşmələri dərhal çıxarması və orada yaşayan ermənilərin reinteqrasiyasına əngəl törətməsini dayandırması üçün bu dövlətə təzyiq etməyə çağırır. İcma həmçinin beynəlxalq ictimaiyyətə Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasını dəstəkləməyə dair beynəlxalq ictimaiyyətə bir daha çağırış edir.

Qərbi Azərbaycan İcması, eyni zamanda BMT Təhlükəsizlik Şurasının son iclasında da görüldüyü kimi, Fransanın Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibətini kəskin şəkildə pisləyir. Qərbi Azərbaycan İcması rəsmi Parisi Azərbaycanofobiya siyasətindən əl çəkməyə və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməyə çağırır”.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər