XİN Ararat Mirzoyana cavab verib: “Əsassız iddialarla sabitlikdə maraqlı olmadığını nümayiş etdirib”
"18 iyul 2023-cü il tarixində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib”.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, 30 ilə yaxın müddətdə işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi Qarabağda yaşayan ermənilərin "hüquq və təhlükəsizliyini” bəhanə gətirərək sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətlərindən xəbər verir:

"Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin "hüquq və təhlükəsizliyinin” gözardı edilməsi qəbuledilməzdir.

Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək.

Bölgədə "gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir.

Qeyd edilənlərlə yanaşı, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla bütün sərhədləri pozan, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmayan Ermənistan tərəfinin dövlət sərhədində aydınlıq əldə edilməsi şərtini irəli sürməsi və bunun danışıqlar prosesində əsas amil olduğunu bildirməsi heç bir sağlam məntiqə sığmır.

Azərbaycanın şərq bölgələrindən Naxçıvana maneəsiz nəqliyyat yollarının açılışı üzrə öhdəliyinə son üç ilə yaxın dönəmdə riayət etməyən Ermənistanın indi də nəqliyyat infrastrukturlarının açılmasını müxtəlif bəhanələrlə yubatması və şərtləndirməsi, bu ölkənin 30 ilə yaxın müddətdə özünütəcrid siyasətinin heç bir xeyir gətirmədiyini hələ də anlamadığını nümayiş etdirir.

Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, riyakarlıq və saxta manipulyasiyalara son qoymalı və sülh prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir”.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər