Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son təxribat əməlləri pislənib



Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, tanınmış perulu jurnalist Rikardo Sançesin "Yalnız sərhədləri delimitasiya etməklə Ermənistan və Azərbaycan sülh içində yaşaya bilər” sərlövhəli məqaləsi dərc edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadkı Səfirliyi məlumat yayıb.
Məqalədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayət əməlləri və vandalizminə geniş yer verilərək, Ermənistanın bu gün də Azərbaycana qarşı hərbi təxribatlar törətməkdə davam etdiyi və bununla davamlı sülhə nail olmaq üçün iki ölkə arasında sərhədlərin delimitasiyasının aparılmasına səy göstərmədiyi qeyd olunur.

Məqalədə xüsusilə, bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sərhəd postlarına hücumu, silahsız Azərbaycan əsgərinə qarşı erməni vəhşiliyini əks etdirən videoların yayılması və Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması kəskin şəkildə pislənilir.

Həmçinin, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, həmin ərazilərin tamamilə dağıdıldığı və Azərbaycanın maddi-mədəni irsinin vandalizmə məruz qaldığı qeyd olunur. Bu xüsusda müəllif 2021-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı bütün bu vəhşiliklərin canlı şahidi olduğunu bildirir.

Məqalədə həmçinin, erməni işğalçıları tərəfindən basdırılmış yüz minlərlə minaya rəğmən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin görüldüyü vurğulanır, ölkə başçısının sözlərinə istinad edilərək, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlərin azərbaycanlıların - bu torpaqların sahiblərinin öz doğma dədə-baba torpaqlarına qayıtdığını göstərdiyi qeyd olunur.

Sonda Ermənistan bir daha atəşkəsə və beynəlxalq hüquqa əməl etməyə, yaxın müddətdə sərhədlərin delimitasiyasını həyata keçirməyə çağrılır.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər