UNEC-in içində SABAH MƏRKƏZİ-nə nə ehtiyac var, bu kimlərə pul qazandırır..? – “Narxoz”un rektoru Ədalət Muradovun əməlləri…

 

 

 

Ədalət Muradovun və onun müşaviri Elşən Bağırzadənin FETÖ ilə əlaqələri… 
Azərbaycan Dövlət İqtisad Universitetində ( UNEC ) baş  verənlər, universitetin rektoru Ədalət Muradovun əməlləri barədə ölkə mediasında kifayət qədər yazılıb və tənqid edilib. Qısa məlumat üçün qeyd edək ki, hələ sovet  dövründə adına uzun illər "NARXOZ”  ( Xalq  Təsərrüfatı  İnstitutu ) deyilən ali məktəb Azərbaycanda ən rüşvətxor  təhsil müəssisəsi kimi tanınıb və keçmiş SSRİ-də ləğv olunan yeganə ali məktəb olub. Belə ki, 1987-ci ilin oktyabr ayında Nazirlər Kabinetinin qərarı ilə institut müstəqil fəaliyyətini dayandıraraq N. A. Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır. Bu ali məktəbdə  baş verən rüşvət, özbaşınalıq hallarından sonra 2014-cü ildə  Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru  təyin edildi. Cəmiyyət üzvləri düşünürdü ki, Ədalət Muradov qısa vaxtda UNEC-də ciddi  islahatlar aparacaq, müsbət işlər görəcəkdir. Ümumiyyətlə, Ədalət Muradov kimdir və necə UNEC-in rektoru olub…?
Məlumat üçün onu qeyd edək ki, Muradov Ədalət Cəlal oğlu 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni bitirmişdir. Ali məktəbi bitirsə də, Azərbaycanda gedən dəhşətli müharibə Ədalət Muradovu vətənə geri qaytara bilməmişdir. Müharibənin acı nəticələrinin nə olduğunu Ədalət Muradova başa salanlar onun yenidən həmin təhsil ocağında qalaraq işləməsini məsləhət görmüşlər. Ona görə də, Ədalət Muradov 1995–1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışmışdır. Və nəhayət Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilmişdir.
Bu qısa məlumat Ədalət Muradovun keçmişi ilə bağlıdır. Ümumiyyətlə, Ədalət Muradovun professor, elmlər doktoru olması ilə bağlı ölkə mediasında xeyli ziddiyyətli yazılar var. Hətta Ədalət Muradovun doktorluq işini 1998-ci ildə müdafiə etməsi, amma 2014-cü ildə İqtisad Elmləri Doktoru diplomu alması da  ciddi  müzakirə olunub və ortaya haqlı sual çıxıb: "Niyə üstündən 16 il keçəndən sonra? Nə idi problem?”
Onu da  qeyd edək ki, UNEC-in nəzdində SABAH qrupları var və burada yüzlərlə tələbə təhsil alır. Təsəvvür edirsiniz ali məktəbin daxilində az qala başqa bir ali məktəb var – SABAH MƏRKƏZİ… Və bu mərkəzin 10 fakültəsi var, rəhbəri isə Aida Aydın qızı Quliyevadır. Ortaya sual çıxır ki, UNEC-in içində SABAH MƏRKƏZİ-nə nə ehtiyac var, bu kimlərə pul qazandırır..?
Sözün düzü, rektor Ədalət Muradovun idarəçiliyi ali məktəb kollektivini bezdirib. Universitetdə imtahanlardan yığılan rüşvətin miqdarı hər semestr artır. UNEC-də ( ADİU-da) dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində "ödənişlər” müəyyən edilmişdi. Öz növbəsində pulu alan müəllimlər deyir ki, bütün məbləğlər birbaşa rektora təhvil verilir.
Mediada  yayılan  digər xəbərlərdən bəlli olur ki, hər il başda rektor Ədalət Muradov və onun baş müşaviri Elşən Bağırzadə olmaqla, nə qədər müəllim Türkiyəyə neçə dəfə ezamiyyəyə gedir. Bu səfərlər ADİU büdcəsinə neçəyə başa gəlir? Və niyə onların səfərləri yalnız Türkiyəyədir, digər Avropa ölkələrinə baş tutmur? Bunlar Türkiyədə kimlərlə görüşürlər..? Ədalət  Muradovun və onun dostlarının bu Türkiyə sevgisinin kökündə nə dayanır..? Əslində söhbət Türkiyə sevgisindən deyil, Fətullah Gülən sevgisindən gedir.
Bəli, rektor Ədalət Muradov ölkə mediasında Fətullah Gülənlə əlaqədə ittiham olunur, ortaya FOTOFAKTlar qoyulur, amma Ədalət Muradovdan səs-səmir çıxmır… Hətta rektor media qurumlarının bu barədə ona ünvanladığı rəsmi  sorğulara cavab vermir. Doğrudan da maraqlıdır ki, rektor Ədalət Muradovun baş redaktoru olduğu «Ekspert» jurnalının üz qabığındakı təsvir Gülənçilərin emblemidirmi? Əgər deyilsə, Ədalət Muradov niyə bunu təkzib etmir..?
Sözün qısası, FETÖ ilə bağlı əməliyyatların sərhəddi UNEC-ə də yaxınlaşır… Gündəlik Bakı

Son xəbərlər

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək

Türkiyənin XİN başçısının müavini BMT-də: “Qarabağ Azərbaycan ərazisidir”

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”

Antiterror tədbirlərinə insanların reaksiyası: “Bizə zəfər yaraşır” - VİDEO

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO

“L'Opinion”: “Azərbaycan 24 saatdan az müddətdə regiondakı vəziyyəti dəyişdi”

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Bütün xəbərlər