Əli Əlirzayevdən Ədalət Muradova AĞIR İTTİHAMLAR- Mən Heydər Əliyevin yanında olanda...
 
"Təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir”.
Teref.az xəbər verir ki, bu fikirləri İqtisad Universitetində (UNEC) aparılan struktur dəyişiklikləri ilə əlaqədar təcrübəli alimlərin elmi-pedaqoji fəaliyyətdən uzaqlaşdırılmalarına etirazını bildirən sabiq millət vəkili, professor Əli Əlirzayev Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, UNEC-də aparılan bu dəyişikliklər Azərbaycan elminə və onun təhsilinə, ölkədəki iqtisadi dəyişikliklərə qiymət verməmək, onları nəzərə almamaq anlamına gəlir:

"Azərbaycan iqtisadiyyat elminin tarixində kafedra prinsipindən imtina etmək, fikrimcə, düzgün deyil, əsassızdır. Sovet dövründə yetişən, böyük təcrübə qazanan alimləri bu sahədən uzaqlaşdırmaq, elmi hazırlıq baxımından daha zəif və rəhbərliyin hər sözünə "baş üstə” deyən "yeni” kadrlarla işləmək Azərbaycan elminə və onun təhsilinə, ölkədəki iqtisadi dəyişikliklərə qiymət verməmək, onları nəzərə almamaq anlamına gəlir.

Azərbaycan müasir iqtisadi elmində layiqli yer tutan 9 elmlər doktorunun (onlardan 2-si Əməkdar elm xadimi, 3-ü "Şöhrət” ordeni kavaleridir), Sovet elminin çətin pillələrini uğurla adlayan, eyni zamanda, siyasi cəhətdən sınanmış alimləri "kafedraları birləşdirmək” adı ilə elmi-pedaqoji fəaliyyətdən uzaqlaşdırmaq, universitetin Elmi Şurasından kənarlaşdırmaq və onları malik olduqları səlahiyyətlərdən məhrum etməyin məntiqi nədir? Həmin alimlərə "Gedin saat 7-dən sonra magistraturada professorluq edin” "tövsiyəsi” vermək nə deməkdir?

Rektor Ədalət Muradov məgər bilmir ki, elmin əsası magistraturada yox, bakalavr pilləsində qoyulur və tələbələr yönləndikləri elmə, onlara dərs deyən müəllimlərə 1-ci kursdan bağlanır? İqtisad elmi müvafiq kafedralarda formalaşır. Kafedra müdiri elmi istiqamet, bu sahədə məktəb formalaşdırır. Mən özüm təqribən 100 elmlər namizədi yetirmişəm, 500-ə qədər elmi əsərin müəllifiyəm. Bəla burasındadır ki, təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir. Başa düşmək çətindir, rektor Ədalət Muradov o alimlərə niyə bu qədər qısqanclıqla yanaşır? Onun da 60 yaşı var, özü də 10 ildir bu vəzifəni tutur.

1987-ci ildən etibarən, Heydər Əliyevin yolundayam, addım-addım onun arxası ilə gedib yanında olmuşam, 20 il YAP-ın Siyasi Şurasının üzvü olmuşam, Milli Məclisin deputatı seçilmişəm, Əməkdar elm xadimi adını mənə Heydər Əliyev verib. Cənab Prezident İlham Əliyev Türkiyədən Naxçıvana gələndə Heydər Əliyevin yanında onunla görüşmüşəm, indi də onun siyasətini dəstəkləyirəm. Yaxşı, bəs indiki bu "qəhrəmanlar” o vaxt harada idilər?

Hesab edirəm ki, İqtisad Universitetində baş verən bu rəzalətə vaxt itirmədən son qoyulmalıdır. Əks halda, Azərbaycanın iqtisad elmi çox dərin tənəzzülə uğrayacaq”.

Faktinfo.az xatırladır ki,mətbuatda Ədalət Muradovdan narazılıq edən,işdən çıxardılan müəllimlərlə bağlı,onun elmi işinə dair kifayət qədər tənqidi məqalələr də var.

Belə ki, bir müddət əvvəl mətbuatda rektor Ə. Muradovun doktorluq dissertasiyası və professor diplomları ilə bağlı tənqidi fikirlər səsləndirilmişdi.Qeyd edilirdi ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən diplomunu ala bilməməsi ,16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi vurğulanırdı.

O zaman yazılırdı ki,rektor elmlər doktoru elmi dərəcəsini almazdan əvvəl professor adına layiq görülüb.Yəni o, 21.11.2014-cü ildə professor adına layiq görülsə də,sonradan doktor adını alıb.Mətbuat vurğulayırdı ki,məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək necə mümkün olub? Burada hər kəsi düşündürən incə mətləb ondan ibarət idi ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra ardıcıllığın pozulması ilə,əvvəl professor, ardınca isə doktor adını necə alıb?

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər