Cənab Heydərovun ALAYARIMÇIQ İŞLƏRİ -
 
"Ötən ilin avqust-sentyabr ayları ərzində evin fasadında armatur hörgü işləri gördülər, divarı suvaqladılar, bəzi pəncərələri dəyişdirdilər, evin içərisində də bir az suvaq işləri gördülər. Sonra da dedilər ki, Fövqəladə Hallar Nazirliyi podratçı şirkətin pulunu vermir, ona görə də işlər dayandırıldı, çıxıb getdilər”.

Şamaxının İkinci Çağan kənd sakini Nahid Ədilov Meydan TV-yə danışır ki, iki il yarım əvvəl baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev qəzalı vəziyyətə düşüb.

Bununla bağlı Fövqəladə Hallar Komissiyası tərəfindən kənddəki bir çox evlərə, o cümlədən Ədilovların da evinə baxış keçirilib. Tikili gücləndirmə-bərpa siyahısına daxil edilib.

Hadisədən yalnız ilyarım sonra – ötən ilin avqustunda, nəhayət, təmir-bərpa işləri aparacaq şirkət ailəyə smeta-layihə sənədi göstərərək evdə işlərə başlayıb.

Nahid Ədilovun sözlərinə görə, həmin smeta-layihədə ikimərtəbəli və 7 otaqdan ibarət olan evin çöl fasadları armaturlarla, evin divarı beton kəmərlə hörülməli, divarlar suvaqlanmalı, rənglənməli, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilməli, arakəsmələr sökülərək mişar daşlarıyla yenidən tikilməli, evin dam örtüyü dəyişdirilməli imiş.

Fəhlələr iki aya yaxın müddət ərzində bu işlərin yalnız bir qismini görüb və çıxıb gediblər:

"Evin çöl fasadı armaturla toxundu, divara suvaq vuruldu, bəzi pəncərələr dəyişdirildi, evin içində bəzi suvaq işləri görüldü. Sonra da dedilər ki, pul bitib. Fövqəladə Hallar Nazirliyi işləri yekunlaşdırmaq üçün pulun növbəti mərhələsini köçürməyib, nə vaxt köçürsə, gəlib davam edərik”.

"1 ilə yaxın vaxt keçib, Fövqəladə Hallar Nazirliyində olduq, bu yaxınlarda Prezident Administrasiyasına getdik, Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbulunda olduq. Qəbuldan da 20 gün ötüb, nəticə yoxdur”, – şikayətçilər belə deyiblər.

Ədilovlar bildirir ki, təmir-bərpa işləri aparan şirkətin adını bilmirlər, işlərə nəzarət edən Vüqar Haqverdiyev adlı şəxs isə hər dəfə ayrı-ayrı şirkətlərin adını çəkirmiş.

Meydan TV Vüqar Haqverdiyevlə əlaqə saxlayıb.
O, işlədiyi şirkətin adını deməyib, müxbirin suallarını cavablandırmayıb: "Mənim nömrəmi niyə sizə veriblər? Mənə niyə zəng edirsiniz? Mən kiməm ki? Mən balaca adamam, gedin yuxarılardan soruşun”, – deyib və telefonu qapadıb.

Fövqəladə Hallar Nazirliyi isə Ədilovlar ailəsinə göndərdiyi sonuncu məktubda yazıb ki, tikilidəki bərpa işləri yaxın vaxtlarda başa çatdırılacaq.

Kənddə zəlzələdən sonra təmir-bərpası yarımçıq qalan təkcə Ədilovların evi deyil.

Qonşuluqdakı Sabir Rəsulov Meydan TV-yə deyir ki, eyni səbəbdən işləri yarımçıq qoyan fəhlələr "danqrat”ı elə evin üzərində saxlayıb, gediblər:

"Təmir-bərpa işlərinə elə 2019-cu ildə başladılar. Danqratlar elə evin üstündə qalıb. Ev qəzalıdır, hər an dağıla bilər. Uşaqları başqa yerə göndərmişik, özümüz təsərrüfat adamlarıyıq deyə kənara gedə bilmirik, məcburiyyətdən elə bu "danqrat”ın altında səksəkə içində yaşayırıq”.

Bu evdə möhkəmləndirmə işlərini podratçı şirkətlərdən biri "Mahal Construction” Tikinti Şirkəti görürmüş.
Şirkətin nümayəndəsi Şükran Rəhimov Meydan TV-yə bunları deyib:

"Orda elə evlər vardı ki, əvvəl bu evlərin bərpa oluna biləcəyini düşünürdülər. Sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları gəlib baxış keçirdilər, məlum oldu ki, bəzi evlərin bərpası mümkün deyil, həmin evləri söküb təməldən tikməyi məqsədəuyğun hesab etdilər. Biz belə evlərin imtinasını yazıb təhvil verdik nazirliyə ki yenidən layihələndirilsin, smeta tutulsun, təməldən tikinti işləri başlasın”.

"Biz orda podratçı şirkət olaraq yalnız təmir-bərpa işləri görürük, tikinti
işləri aparmırıq. İndiyədək bərpaya ehtiyacı olan evlərin bərpasıyla məşğul olub, təhvil vermişik. Bərpası mümkün olmayanları dediyim kimi, nazirliyə qaytarmışıq”, – deyə o qeyd edib.

Kənddə təmir-bərpasını gözləyən xeyli evi isə zəlzələdən sonra eləcə
siyahıya alıb, gediblər, həmin evlərdə heç bir iş görülməyib.

5 fevral 2019-cu ildə Şamaxı və ətraf rayonlarda baş vermiş zəlzələ nəticəsində yüzlərlə yaşayış və qeyri-yaşayış tikililərinə, inzibati binalara zərər dəyib.

Belə tikililərin bir qisminin təmir-bərpası, bir qisminin yenidən tikilməsi üçün büdcədən milyonlarla manat pul vəsaiti ayrılıb.

Ancaq 2 ildən çoxdur ki, müxtəlif bölgələrdən Meydan TV-yə müraciət edən vətəndaşlar hələ də qəzalı evlərdə yaşadıqlarını bildirirlər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər