Hadisə / Manşet
6.05.2021, 07:31
İmişlidə evdə yanğın olub
İmişli rayonunda evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən “Kanal1.az”-a verilən məlumata görə, rayonun Oruclu kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində tavan 20 m² sahədə, dolab, soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan 1 ədəd qapı və pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay