Hadisə / Manşet
3.03.2021, 21:54
Gəncədə 5 otaqlı evdə yanğın olub
Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb.
"Kanal1.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay