Gündəm / Cəmiyyət / Manşet
18.03.2021, 18:55
Vətən müharibəsi zamanı Gəncədə dağılan 21 fərdi yaşayış evinin tikintisi aparılır
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən atılan raketlər zamanı dağılan və ya qəzalı vəziyyətə düşən 21 fərdi yaşayış evinin tikinti işləri aparılır.
"Kanal1.az"ın verdiyi məlumata görə, aparılan işlər çərçivəsində 520-yə yaxın yaşayış və qeyri-yaşayış obyektinin təmir-bərpa işləri gedir. Onlardan 120-də işlər yekunlaşıb.
Ümumilikdə isə erməni terroru zamanı 1000-dən artıq yaşayış evi, obyektlər tam və ya qismən dağılıb. Bu tikililərin bərpası istiqamətində işlər davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay