Sahil Babayev sabiq nazirlər Səlim Müslümovdan, Füzuli Ələkbərovdan daha təhlükəlidir… -
 
Səlim Müslümov həbsdən çıxdı, növbə Sahil Babayevin, Mətanətin, Təranənindir…və Cəsur Paşayevindir

Sözün düzü, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən cinayət əməllərindən, saxta əlillik məsələsindən, məşğulluq adı altında milyonların mənimsənilməsindən, sosial yardım kartlarının məmurların cibindən çıxmasından və digər cinayət əməllərindən məlumatlı idik.
Hətta çoxlarının bilmədiyi məsələləri də bilirdik.
Diqqətlə oxuyun.
Yüz minlərlə işçinin "pensiya fonduna”, DSMF-yə keçirilməli olan milyonlarla vəsaiti keçirilmirdi və…
Həmin şirkət rəhbərləri birbaşa Səlim Müslümovla danışırdı və pulun 50 faizi Səlim müəllimə çatırdı və…
Və 100 minlərlə insanın gələcək təqaüd almaq, təmin olunmaq haqqı göyə uçurdu.
Yaxın illərdə bu problemi Azərbaycan cəmiyyəti yaşayacaq.
Digər tərəfdən Səlim Müslümovun dövründə kifayət qədər insana saxta əlillik hüququ verilib.
Və sonda sabiq nazir Səlim Müslümov həbs olundu və hazırda ev dustağıdır.
Sonra nə baş verdi..?
Mənşəyi barədə xeyli mübahisəli fikirlər səsləndirilən Sahil Babayev Səlim Müslümovun varisi, xələfi oldu.
Özü də islahatçı, cavan nazirlər dalğasında.
Birincisi, bizim kiminsə mənşəyi, etnik mənsubiyyəti barədə müzakirə açmaq fikrimiz yoxdur.
İkincisi və ən əsası, bizim üçün maraqlı olan odur ki, özünü islahatçı hesab edən nazir kresloya oturan kimi nazirliyin strukturunu diqqətlə nəzərdən keçirib konkret təklif verməli idi.
İndi özünüz deyin, Sahil Babayevin bu işlərdən başı çıxırmı..?
Əlbəttə, yox.
Sahil Babayevin ölkədə əsas işi biznesmenlərdən pul yığmaq olub.
Və bu adam islahatda maraqlı ola bilməz.
Sahil Babayev kresloya oturan kimi "hesablayıb” ki, Səlim Müslümov 10 mindən artıq insana əlillik verib, kimlərsə 100 milyonlar qazanıb. Nə etməli..?
Sahil Babayev qısa vaxtda 7000-dən artıq insanın əlillik statusunu ləğv etdi.
Bu rəsmi rəqəmdir və bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova bildirib. Mətanət Məmmədova onu da deyir ki, qısa vaxtda 2000-dən artıq ailənin sosial yardımını dayandırdıq. Guya bunlar hamısı saxta olub.
İndi keçək əsas məsələyə.
Bəli, Səlim Müslümovun dövründə saxta əlillik məsələsi olub.
Sahil Babayev Səlim Müslümovun dövründəki saxta əlillik dərəcəsi alan insanları aşkar etmək məqsədilə işlər görəndə, hamı düşündü ki, bu cavan nazir DÜZGÜN HƏRƏKƏT edir.
Sahil Babayev dövlətə dəyən ziyanı bərpa edir, dövlət büdcəsini GÖZ BƏBƏYİ kimi qoruyur.
Doğrudan da saxta əlilin büdcədən aldığı 1 manat ümumi marağa uyğun deyil. Amma…
Əmması odur ki, Gündəlik-Bakının son bir neçə ayda apardığı ciddi araşdırmalar, konkret faktlara söykənən yazılar əsasında bəlli oldu ki…Sahil Babayevi dövlət marağı, büdcə-filan düşündürmürmüş….
Bu cavan nazirin öz şəxsi maraqları varmış.
Belə ki, gənc Sahil Babayev HESABLAYIB ki, Səlim Müslümov 10 mindən artıq insana saxta əlillik verib və 100 milyonlar qazanıb, bunun mənə nə xeyri. Bəs mən nə etməliyəm..?
Bu 10 min əlilin statusunu ləğv edib yeni 10 min TƏZƏ ƏLİL və milyonlar qazanmalıyam…
Bu qədər sadə və bəsit məsələ.
Yoxsa Rafiq müəllimin oğlu Sahil Babayev dövlətçiliyiə qulluq edir, büdcəni qoruyur, saxtakarlığa qarşı mübarizə aparır-filan…
Bütün bunları son 1 ayda Gündəlik-Bakı olaraq açıb ortaya qoyuruq.
İndi Sahil Babayevin nazir olduğu dönəmdə saxta əlil olan şəxslərin siyahısını dərc edirik.
Biz başa düşürük ki, təhlükəli şəbəkə ilə üz-üzəyik. Amma dövlətçilik naminə geri çəkilmək fikrimiz yoxdur.
Bəli, son bir bir ildə əlillik statusu olan şəxslər nazirliyin Bakıda yerləşən Ekspertiza Mərkəzinə çağrılır. Mərkəzin şöbə müdiri Mətanət Məmmədovanın rəhbərlik etdiyi komissiya insanları təkrar müayinədən keçirir. Müayinə zamanı əlil insanların xəstəliyini təsdiq edərkən, kim nə isə verirsə, onun əlillik dərəcəsi qüvvədə saxlanır, kim vermirsə olur TURP kimi SAĞLAM…və əlilliyi ləğv edilir.
Gündəlik-Bakı konkret olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında dəlilik, böyrək çatışmazlığı, göz zəifliyi, ürək çatışmazlığı adı altında verilən saxta əlillik barədə yazıb və saxta əlillərin ad-soyadlarını da dərc edib.
Üstəlik yazmışıq ki, bütün bu saxta əlillik dərəcələrini verən şəxs Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi, eyni zamanda səhiyyənin direktor müavini və üstəlik tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədri Təranə Məmmədovadır.
Təranə Məmmədova sağlam şəxsləri guya Maştağada Ruhi Dispanserdə yatmaq, müalicə olunmaq adı ilə saxta yolla sənədləşdirir və sonra həmin şəxsi əlil adı ilə təqaüdə çıxardır. Və beləcə dövlət büdcəsinə yüz minlərlə ziyan vurur.
Kimin şübhəsi varsa, redaksiyamıza təqdim olunan siyahıya baxa bilər:
1. Qasımov Camal Tapdıq oğlu,
2. Kazımova Aidə Alış qızı,
3. Əliyev Əli Mirzə oğlu,
4. Ağayarov Ruslan Ziyadxan oğlu və s.
Bəli, bu yolla Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır.
Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir.
Məlumat üçün qeyd edək ki, Təranə Məmmədova nazir Sahil Babayevin sağ əli, Füzuli rayonunun keçmiş icra başçısı Nəbi Muxtarovun qızı Mətanətin rəfiqəsidir.
İndi bildinizmi, rüşvətin yuvası Sahil Babayevin "əmək nazirliyi”dir.
Onu da qeyd edək ki, Təranəyə bu qədər "volya” verən şəxs Rayon Mərkəzi Xəstəxanasının direktoru Cəsur Paşayevdir. Bu adam vaxtilə İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
Yəni söhbət geniş bir cinayətkar şəbəkədən gedir. Biz hələ dərman satışı-filanı demirik.
Yazının əsas mövzusu saxta əlillik məsələsidir.
Gündəlik-Bakının faktlara söykənən yazılarından sonra 1 milyon 200 min manat yeyinti məsələsi ortaya çıxan kimi, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının direktoru Cəsur Paşayev, Baş həkim Təranə Məmmədova və digər şəxslər təcili Bakıya yollanıblar.
Məlumata görə, Cəsur həkim Təranə xanıma deyib ki, qorxma qayınım generaldır, bizim həbs olunmağımıza imkan veməz.
Bütün bunlardan sonra bir media olaraq cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edirik ki, bizim təhlükəsizliyimizə təminat verin. Çünki biz geniş bir cinayətkar şəbəkə ilə üz-üzəyik. Bizim məqsədimiz dövlətin büdcəsini talayanlara, vətəndaşları dövlətdən narazı salanlara qarşı sonadək mübarizə aparmaqdır.
İndi isə yazının girişində qeyd etdiyimiz məqaləyə qayıdırıq.
Əgər Sahil Babayev islahatçı nazir olsaydı kresloya oturan kimi bu boyda siyahının dövlətə və millətə artıq yük olduğunu bəyan edib, ciddi islahatlar aparardı. Buyurun nazirliyin təkcə mərkəzi aparatının ağırlığına fikir verin, özünüz nəticə çıxardın.
Nazir - Babayev Sahil Rafiq oğlu
Nazir müavini- Əliyev Anar Rəhim oğlu
Nazir müavini - Abdullayev Hidayət Kaviz oğlu
Nazir müavini - Nəsirli Vüsal Zakir oğlu
Nazir müavini- Kərimov Anar Mehman oğlu
Aparatın rəhbəri- Musayev Fuad Məmməd oğlu
Aparat rəhbərinin müavini - Əbdül-Qədirov Cavid Teyrun oğlu
Nazirliyin Aparatı
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri-Bayramova Nərmin Ernest qızı
Əmək siyasəti şöbəsinin müdiri-Heydərov Fuad Fikrət oğlu
Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri- Dayıyev Rəşad Hikmət oğlu
Sosial təminat siyasəti şöbəsinin müdiri-Hüseynov Babək Azər oğlu
Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri-Abbasov Elnur Abbas oğlu
Əlillik siyasəti şöbəsinin müdiri-Qocayev Sabir Nazir oğlu
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri -Nəsibova Günel Rasim qızı
Hüquq şöbəsinin müdiri-İsgəndərova Gülnar Firdovsi qızı
Daxili nəzarət və audit şöbəsinin müdiri-İmanov Heybət Rahil oğlu
Beynəlxalq əlaqələr şöbəsinin müdiri- Usubova İradə Cəfər qızı
Vətəndaşların qəbulu şöbəsinin müdiri-Əliyev Arif Musa oğlu
Maliyyə və icmal büdcə şöbəsinin müdiri-Cəfərova Şəlalə Ziyad qızı
İqtisadiyyat şöbəsinin müdiri-Məmmədəliyev Mahmud Məmməd oğlu
İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri-Talıbov Fazil Həbib oğlu
Övladlığa götürmə siyasəti şöbəsinin müdiri-Ələkbərov Fərhad İslam oğlu
Təhlil və strateji planlaşdırma şöbəsinin müdiri-Əliyev Sadiq Cabir oğlu
Struktura daxil olan qurum
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi-Quliyev Vəli Eldar oğlu
Nazirliyin tabeliyində olan qurumlar
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə heyətinin sədri-Məmmədov Fərid Eldəniz oğlu
Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri-Məmişov Himalay Qabil oğlu
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri-Abbasbəyli Mustafa Aslan oğlu
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri- Bayramov Anar Məhərrəm oğlu
Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri-Behbudov Vüqar Şəfa oğlu
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə heyətinin sədri (Vəzifəni müvəqqəti icra edən)- Səfərli Elnur Novruz oğlu
Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktoru (Vəzifəni müvəqqəti icra edən)-Məmmədov Azər Məsim oğlu
ARDI VAR...
gundelik baki.com

Son xəbərlər

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Bütün xəbərlər