Zəfərimizi gözdən salan nazir 

Dünəndən sosial şəbəkədə bir fikir paylaşılır: Qarabağda müzəffər olan oğullar Bakıda Sahil Babayevə məğlub olur. 

Qarabağ və Vətən Müharibəsi hamımız üçün müqəddəsdir. Bu savaşda döyüşənlər, azad olunan torpaqlarda bayraq sancanlar üçün isə 10 qat artıq müqəddəs hesab olunur. "10 qat artıq müqəddəs” birləşməsinin sinonimi güman ki, lüğətimizdə yoxdur. Bu elə bir hissdir ki, onu nəinki sözlə ifadə edə bilmirsən, heç başqasına hiss etdirmək də mümkün deyil.

Kimdir bu Sahil Babayev? Birinci Qarabağ müharibəsində iştirak edib yaralanan, uzun illər əlillik müavinəti alan yüzlərlə yarımcan soydaşımızın müavinətini ləğv edib və bununla fəxr duyan adamdır. Sanki bu əməlindən mozaxistcəsinə ləzzət alır. Vəzifəyə təyin olunduğu gündən bu həssas təbəqə ilə müharibəyə başlayıb. Onun hesabat çıxışlarını dinləyin. Babayev insanların əlilliyinin ləğv olunması məsələsində xüsusi canfəşanlıq göstərir, qürür duyur, rəqəmlər səsləndirir. Bu rəqəmlərin hər birinin arxasında canlı - daha doğrusu yarımcan bir vətəndaşımızın dayandığının fərqində deyil.

İndi də iş gəlib çatdı Vətən Müharibəsi qazilərimizə. Bir sıra saytlar qazilərimizin dünənki aksiyasını "Qazilərin qiyamı” kimi təqdim etdi. Doğru yanaşma idi. Sahil Babayev onları qiyam həddinə çatdırmamalıydı. İtirəcək heç nəyi olmayan adamla heç Əzrail də üz-üzə gəlmək istəməz. Sahil Babayevə bunu niyə başa salan yoxdur? Ona niyə izah edən yoxdur ki, o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ona görə rəhbər təyin olunub ki, sosial müdafiəsi zəif olan vətəndaşlarımızın, əlillərin, qazilərin, yaşlıların, kimsəsizlərin yanında olsun. Onlara dəstək olsun, problemlərini həll etsin. Ona niyə deyən yoxdur ki, sən bu kresloda oturduğun gündən Səlim Müslümova, Füzuli Ələkbərova min rəhmət oxutdurmusan. Niyə ona sosial şəbəkələrdə, mediada sosial problemlərlə bağlı işıqlandırılan minlərlə materialın heç olmasa bir neçəsini göstərib başa salan yoxdur ki, belə işləmək olmaz. Bu iş deyil. 

Bunların heç biri yoxdur, ya da var, ona kar etmir. Heç olmasa, dünən nazirliyin binasının qapısını bir təpiklə çilik-çilik edən qazimizi həmin binanın mühafizəsini həyata keçirən polisin bağrına basdığı videonu göstərsinlər. Bəlkə nəsə anladı. Bəlkə bundan bir dərs ala bildi. Ümidimizi hələ itirməmişik. Dərs almayacaqsa, bilsin ki, Səlim Müslümovun içəridəki yeri də boşalıb. Heç olmasa, gözü çıxan qardaşına baxsın...

Ən vacib məsələ, bu kimi xırda intriqaları böyüdüb Qarabağ zəfərini gözdən salmaq millətimizə ən böyük düşmənçilikdir. Bunu etməyək. Bu savaşı udmaq üçün milyardlar xərcləyən dövlətimiz qazilərin sosial problemlərini heç bir ağırlıq olmadan həll edə bilər. Yetər ki, bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitə Sahil Babayev kimi məmurlar babalıq etməsin.

Yenisabah.az

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər