Yalançının Əhədi kəsilsin ay Abıyev! - Daşkəsənin icra başçısı niyə dezinformasiya yayır?

Əhəd Abıyev Azərbaycanda ən təhlükəli və qeyri-adekvat davranışlarını öz vəzifəsinə yük edən icra başçılarından biridir. Bu boksyor adam deputat olanda qanunverici orqanın əslində bir siyasət meydanı və boks zalı olmadığını anlamadığı kimi, uzun illərdir Daşkəsənə hansı ali məqsədli təyinatla başçı göndərildiyini də tam dərk edə bilməyib. Adamın gündəlik leksikonunda, intriqant şüurunda, demək olar ki, bütün açıqlamalarında bir "müxalifət"çi damğası bitib. Öz uğursuz və qalmaqallı fəaliyyətilə əslində prezidentin mövqeyinə qarşı müxalifin yekəsinə çevrilmiş Abıyev rayonda aşıladığı problemləri zaman-zaman bayağı siyasi açıqlamaları ilə ört-bas etməyə cəhd göstərib, həqiqətlərin zərbəsindən qaçaraq dağın-dərənin bir tinində sanki “qorunmağa” çalışıb. Onun hər niyyət və cəhdinə rəğmən, onsuz bütün ölkə ictimaiyyəti yaxşı bilir ki, Abıyev 10 ildir ucqar dağ rayonunun lap əhədini kəsib. Abıyev “siyasəti”, atdığı çamurlar da çox uzağa getməyib, əksinə, öz əlini özünün nataraz imici qədər murdarlayıb.
Yalançının Əhədi kəsilsin ay Abıyev! - Daşkəsənin icra başçısı niyə dezinformasiya yayır?

“Kanal1.Az” saytının 14 yanvar 2022-ci il tarixli buraxılışında dərc edilmiş "Daşkəsən təhsili necə idarə olunur? 5 il əvvəlki Akt-dan boylanan acı həqiqətlər" başlıqlı YAZI BURADA yer alan faktlar Daşkəsəndə təhsil adına anarxiya mühitinin olduğunu göstərir. Lakin, bu yazıda üzərinə gedəcəyimiz məsələ təkcə rayondakı təhsilin naxoş durumu deyil, həm də yazıya Daşkəsən İHB tərəfindən sərgilənmiş münasibətdir. Abıyevin də yazılanlara şəxsi qavramını, tənqidi siyasiləşdirmək cəhdlərini nəzərə alsaq, Daşkəsəndə idarəçiliyin hansı səviyyədə, hansı səmimiyyətdə olmasına diqqət ayırmaqda fayda var.

İHB (əslində Əhəd Abıyev-red) rəsmi sənəd əsasında işıq üzü görən məlum yazımıza cavab olaraq yazır ki, guya:
SİTAT: “Yazı qeyri peşəkar, qərəzli, dəqiqləşdirilməmiş məlumatlar əsasında müxalifətçi maraqlı şəxslər tərəfindən hazırlanmışdır və məqsəd işgüzar nüfuzu ləkələmək, cəmiyyətə həqiqətə uyğun olmayan informasiya ötürməklə ictimai fikri çaşdırmaq, guya bununla da sensasiya yaratmaqdır. Birmənalı olaraq bildiririk ki, yazıda keçən məqamların heç birinin Daşkəsən Rayon İcra Hakimiyyətinə, o cümlədən də Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamı ilə ləğv edilmiş Daşkəsən Rayon Təhsil Şöbəsinə aidiyyəti yoxdur”. Daşkəsən İHB ardınca, heç bir məsuliyyət hiss etmədən və utanmadan sayıqlamağına davam edir:
Yalançının Əhədi kəsilsin ay Abıyev! - Daşkəsənin icra başçısı niyə dezinformasiya yayır?

SİTAT: “Kanal1.az və digər saytlarda Daşkəsən rayonu ilə bağlı dəqiqləşdirilməmiş, tamamilə qərəzli, heç bir həqiqəti əks etdirməyən, şər-böhtan xarakterli, ayrı-ayrı müxalifətçi maraqlı şəxslərin təşkilatçılığı ilə vaxtaşırı qarayaxma kampaniyası aparılır, yazılar dərc edilir. Sözügedən yazı da həmin qarayaxma kampaniyasının tərkib hissəsidir. Məsələ ilə bağlı hüquqi tədbirlərin görülməsi üçün tərəfimizdən aidiyyəti üzrə müraciət ediləcəkdir”-deyə bayağı mövqeyinə hədələyici nöqtəsini də vurur.
Abıyevin tapşırığı və iradəsilə yayılan açıqlamadan oxuyuruq ki, Daşkəsən İHB rəsmi bəyanatında dəfələrlə “müxalifətçi” sözünün arxasında gizlənməyə çalışır. Sanki, özlərinin siyasi əqidələrinə şübhə ilə yanaşaraq, etimadı doğrultmadıqları halda da iqtidarın sadiq xidmətçiləri olduqlarını xatırladırlar. Arınca da, siyasətlə ilgisi olmayan, öz jurnalist peşə fəaliyyəti boyunca ölkə prezidenti cənab İlham Əliyevin çağırışlarına önəm verərək iqtidarı dəstəkləyən bir media orqanını – yazı müəllifi Osman Nərimanoğlunu “müxalifətçi” deyib uğursuzca hədəfə alırlar.
Təəssüf ki, bunu edərkən nə Əhəd Abıyev, nə də əlaltıları özfəaliyyətlərilə, Daşkəsəndə təhsili uçuruma aparmış lallıq, karlıq və korluq vərdişlərilə özlərinin bu dövlətə qarşı daha təhlükəli müxalifətçilik etdiklərini unudurlar. Əhəd Abıyev sizcə anlamırmı ki, öz yarıtmaz əməllərilə əgər rayon təhsilinə, rayonun mədəniyyətinə və digər ictimai-siyasi mühitinə 10 ildir ki, vurmuş olduğu zərbələr Azərbaycan iqtidarının daxili siyasətinin ziddinədir? Niyə Abıyev anlamaq istəmir ki, oturduğu kürsüdə etimada dönük çıxırsa, rayonda çeşidli korrupsiya və rüşvətxorluq mexanizmi hələ də davam edirsə, təhsili axsaq edirsə elə özüdür ən yekə “müxalifətçi”!

Deməli ki, bu cənab Abıyev açıqlamasında Daşkəsən Rayon Təhsil Şöbəsinin varlığını və 10 illik fəaliyyətini inkar etməklə açıqlamada əsaslandırdığı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesindəki rolundan da xəbərsiz olduğunu təsdiq edir. Bütün ölkə bilir ki, rayon təhsil şöbələri Bakı, Gəncə kimi şəhərlərin rayonları üzrə ləğv edilsə də Daşkəsən kimi regional rayonlarda struktur islahatları olaraq ləğv edilməyib. Və hələ də Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Təhsil Nazirliyinin elan etdiyi regional Təhsil idarələri faktik fəaliyyətə başlamayıblar. Hələ də Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi kağız üzərində tam icrasını gözləyir.
Yalançının Əhədi kəsilsin ay Abıyev! - Daşkəsənin icra başçısı niyə dezinformasiya yayır?


Bundan başqa, Əhəd Abıyevin qol qoyduğu açıqlamadakı dezinformasiyanın biri də rayon təhsil şöbələrinə müdir təyinində İHB-nin rol oynamadığını ifadə etməkdir. Halbuki, hamı üçün aydındır ki, təhsil şöbələrinin müdirlərinin təyini Təhsil nazirliyilə paralel, yerli icra hakimiyyəti başçısının sərəncamı ilə aparılır. Hazırda Daşkəsən TŞ-yə rəhbərlik edən Məmmədov Zaur Hacı oğlu da məhz Əhəd Abıyevə yaxın kadr sayılır. Daşkəsənin sabiq mədəniyyət müdiri olmuş mərhum Hacı Məmmədovun oğlu Zaurun müdir təyinatından bu yana öz vəzifəsini o qədər də uğurla icra edə bilməməsi, əsasən özünün və Abıyevin maraqlarına hizmət etməsi acı bir faktdır. Bizim üçün isə əsas maraq dövlət və millət maraqlarına hizmətdir ki, məhz bu ali istək nə Abıyevin və Daşkəsən təhsil şefinin bəzi idarəetmə davranışlarında yoxdur.
Qalır Daşkəsən Təhsil şöbəsindəki və məktəblərdəki çeşidli özbaşınalıqlara, yaxın günlərdə təkzibedilməz faktlarla aram-aram diqqətinizə xəbərlər ərz edəcəyik...
Baş redaktor
Arzu Orucov

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər