Abıyevdən "qaçıb" xəbərlərinə REAKSİYA: Bilirəm kim yayıb...


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayondan qaçması ilə bağlı iddialara cavab verib.

Əhəd Abıyev "Kanal1.az"-a açıqlamasında hazırda rayonda işinin başında olduğunu deyib.

“Mən iş başındayam. Nəyə görə gəlib məni Dövlət Təhlükəsizliyi Xidməti aparmalıdır? Nə ilə bağlıdır? Bu dəqiqə işdəyəm”.

Ə.Abıyev 2007-ci ildə yol verilən saxtakarlıqla heç bir əlaqəsinin olmadığını söyləyib.

“Əvvəla o tutulan şəxslər - həmin o Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevlə Xoşbulaq kənd Bələdiyyəsinin sədri Rasim Allahverdiyevin 2007-ci ildə Gənə vətəndaşı ilə aralarında bələdiyyə alqı-satqı müqaviləsi olub. Sonra bələdiyyə də götürüb o torpağı başqasına satıb. Korrupsiya da 2 ay əvvəl gəldi, yoxladı, tam dəqiqləşdirdilər və onların barəsində qəti imkan tədbiri seçilib.

Hazırda həmin işə məhkəmədə baxılır. Onun icra hakimiyyətinə və şəxsən mənə heç bir aidiyyatı yoxdur. 2007-ci ildə heç mən orda icra başçısı deyildim”, - icra başçısı "Kanal1.az"-a bildirib.

Ə.Abıyev nə üçün haqqında belə iddialar yayılması ilə bağlı suala isə belə cavab verib:

“Bu məsələ xüsusi təşkil olunub. Burada Xoşbulaq icra nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı korrupsiya gəlib onu yoxlayıb. Özü də sabiq icra nümayəndəsi Hətəm Əzizovun qanunsuz əməllərini mən yoxlatdırmışam. Hazırda məhkəmədə 3 maddə ilə onun işinə baxılır. O da məhkəmədən yayınmaq üçün belə qərəzli şayiələr, uydurmalar yayır. Amma bu deyilənlərin heç bir əsası yoxdur. H.Əzizovun qanunsuz hərəkətləri, saxta arayışlar verməsi mənim müraciətim əsasında yoxlanılıb.

H.Əzizov şayiələr yaymaqla istintaqdan yayınmaq istəyir. Amma alınan iş deyil. Hamısı təsdiqedici faktlardır. Məhkəmə də baxıb hüquqi qiymət verəcək. Mənə elə gəlir ki, bu yaxınlarda onun barəsində hökm çıxacaq. Ona kimi də aranı qarışdırır. Hamısı qərəzli şayiələrdir”.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Daşkəsən rayonunda bələdiyyə və icra nümayəndələrinin korrupsiyaya bulaşmasına görə icra başçısı Əhəd Abıyev məzuniyyət götürərək rayondan çıxdığı ilə bağlı məlumatlar yayılmışdı. Hətta onun xarici ölkəyə qaçdığı iddia edilirdi.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər