Daşkəsənin Dəstəfur kəndində yaşayan şəhid anası Şıxıyeva Sevda İsrəfil qızı ilə kəndin icra nümayəndəsi Cəfərova Lalə Rafail qızı arasında son 1 ildə yaşanan münaqişə davam edir.

İSTEFA VER Əhəd Abıyev! Dəstəfurun şəhid anası niyə məmur hücumuna məruz qalır?

Kanal1.Az sosial şəbəkələrdə yayımlanan videosüjetə əsasən bildirir ki, dünən xanım məmur və yaxınları kənddə bir araya gələrək şəhid anasına hücum ediblər. İki tərəf arasında yaşanan arzuedilməz fiziki zorakılıq nəticəsində şəhid anası da daxil, bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Davaya rayon polis şöbəsinin əməkdaşları da cəlb edilib.

Hadisənin sonunda şəhid anasının verdiyi açıqlamaya görə, onu bir qrup şəxs döyüb və bu tapşırığın icrasında Lalə Cəfərova da şəxsən iştirak edib. Hadisənin baş vermə səbəbi birmənalı açıqlanmasa da, aydın olur ki, ortaya düşmənçilik toxumu səpilib. Şəhid anası qarşı tərəfi şəhid oğluna sayğısızlıqda, kəndin yeganə şəhidinin dəfnində belə iştirak etməməkdə və digər qanunsuz əməllərdə suçlayır, əri bələdiyyə sədri, özü də icra nümayəndəsi olan şəxslərin kənddən çıxıb getməsini arzulayır.

Digər tərəf isə rayonun icra başçısı Əhəd Abıyevin yarıtmaz idarəetmə metodlarına sığınaraq olayı siyasiləşdirməyə, şəhid ailəsinə qarşı aqressiyaya və "ifşaedici" manevrlərə cəhdlər edirlər. Bu isə münaqişəni süni şəkildə dərinləşdirir, konfliktin uzanmasına əsaslar yaradır.

Daşkəsən icra hakimiyyətinin adından indiyədək yayılan açıqlamalar da məhz şəhid anasının incik ruhuna sus səpməyə, övlad itkisinə səbr diləməyə, onun şikayətlərinə hüzur gətirməyə deyil, sanki onu qızışdırmağa, siyasiləşdirməyə yönəlib desək yanılmarıq.

Daşkəsən İHB-nin açıqlamasından SİTAT: "Sevda Şıxıyevanı bacısı oğlu, Daşkəsən rayon Muşavaq kənd sakini, dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzası çəkən Məmmədov Asif Rəcəb oğlu öyrədərək, ona müxtəlif tapşırıqlar verir. Sevda Şıxıyeva da şəhid anası adından istifadə edərək Daşkəsən rayonunun Dəstəfur kəndində qarşıdurma yaradır"-sitatın sonu...

Göründüyü kimi, icra hakimiyyəti və şəxsən Əhəd Abıyev ilk başdan adıkeçən şəhid anasına qarşı qeyri-adekvat mövqedə dayanmaqla, hətta şəhidin ailəsində baş verən bir sıra şəxsi məlumatları da şikayətçinin əleyhinə şantaj kimi istifadə etməklə vətəndaş-məmur münasibətlərindəki uçurumu, anlaşılmazlığı bir az da dərinləşdirir, məqsədli intiriqa yaradır.

Bu fakt da göstərir ki, Əhəd Abıyev Daşkəsəndə özünü prezidentin səlahiyyətli nümayəndəsi adına yaraşan şəxsiyyət kimi deyil, daha çox uğursuz intirant siyasətçi kimi aparır. Bir şəhid anasını anlamayan, dinləməyən və dərdinə dinclik gətirə bilməyən birinin əslində eyni rayonda 10 ildir ki, icra başçısı işləməsi bütün Daşkəsənlilər üçün rəzalətdir.

Vətəndaşlarla ünsiyyətdə səmimi ola bilməyən biri əgər oğlunu şəhid vermiş bir ananın fəryadında da siyasi motiv axtarıb tapırsa, problemi həll etmək əvəzinə məmurunu savunub biçarə vətəndaşın üstünə yeriyirsə...
Yaxşısı - İSTEFA VER ƏHƏD ABIYEV!
Baş redaktor
Arzu Orucov

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər