Yerli dövlət qurumlarında vəzifə "monopoliya"sı - işsiz sakinlər çarəsiz durumda...

Acınacaqlı haldır ki, yerli media orqanlarının gündəlik toxunduğu məsələlərin çoxluğunu məmur özbaşınalıqları, karrupsiya faktları və sair bu kimi ölkə adına utanc gətirən, əhali arasında böyük narazılıq yaradan problemlər təşkil edir.

Ölkə başçısı cənab İlham Əliyev bu kimi halların qarşısını almaq məqsədilə yaxın keçmişimizdə böyük kadr islahatları həyata keçirmək üçün müvafiq göstərişlər verilmişdir. Lakin, bütün bunlara baxmayaraq hələ də məmurların özbaşınalığı, yerli icra orqanlarının öz işini düzgün icra etməməsi, vətəndaşlara qarşı laqeydliyi əli hər yerdən üzülən sakinləri çarəni yerli media orqanlarında axtarmağa məcbur edir.

Regionlarda yaşayan sakinlərin yerli İcra Hakimiyyətləri və digər yerli dövlət qurumlarına müraciətlərinin əsasını işsizlik problemi təşkil edir.

Ancaq, təəssüflə qeyd edirik ki, əksər yerli icra orqanları səlahiyyətləri daxilində olan dövlət idarələrini monopoliyaya çeviriblər.

Bu cür problem yaşayan ailələrdən biri də Ağsu rayon Abasxanlı kənd sakini Məmmədzadə Cavidin ailəsidir.
"Kanal1.az" xəbər verir ki, C. Məmmədzadə DogruXeber.az İnformasiya agentliyinə müraciətində bildirir ki, 7 nəfərlik ailə üzvləri ilə işsiz, acınacaqlı vəziyyətdə yaşayırlar. Ailənin tək qazanc gətirəni Cavid Məmmədzadə tikintidə işləyən zaman yıxılıb, qolundan zədə aldığı üçün artıq ağır işdə işləyə bilmir. Bu səbəbdən də C. Məmmədzadə anası Məmmədova Rəsmiyyə Nurulla qızının kənddə bir işlə təmin olunması üçün yerli İcra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti isə tək iş yeri olaraq onu hər hansı bir texniki işlə təmin olunması üçün Abasxanlı kənd orta məktəbinə yönləndirib.

Məktəb direktoru isə məktəbdə iş olmadığını bildirib. Halbuki, məktəb direktorunun öz ailəsi və həyat yoldaşının qohumları hazırda həmin məktəbdə çalışırlar. Bir ailənin 3-4 üzvünün kənd orta məktəbində işlə təmin olunduğu halda, 7 nəfərlik heyəti ilə işsiz qalan aztəminatlı ailənin bir üzvünə "iş yoxdur" cavabı verilir ki, bu da yuxarıda qeyd etdiyimiz monopoliyanın sübutudur.

Məsələ ilə bağlı Təhsil Şöbəsinin müdiri Aqil müəllim İlə əlaqə saxlayıb məsələyə münasibət bildirməsini xahiş etdik. Aqil müəllim isə vəzifəyə yeni təyin olunduğunu və məsələdən xəbərdar olduğunu, lakin məktəbdə iş olmadığı üçün M. Rəsmiyyə xanıma kömək edə bilməyəcəyini bildirdi.
Vətəndaşların problemləri ilə yerli dövlət qurumları maraqlanmadığı üçün, onlar Ölkə başçısına müraciət etməyə məcbur qalırlar. Əgər bütün vətəndaşların problemləri ilə Ölkə başçısı şəxsən məşğul olmalıdırsa, o zaman Yerli İcra orqanları, dövlət qurumları nəyə və kimə xidmət edir?!

Bu günə qədər bu cür işinə məsuliyyətsiz yanaşan İcra orqanlarının siması ortaya çıxınca "sandıq"larından nələr çıxdığının da az şahidi olmadıq.
Görünür onlar sahib olduqları vəzifənin borclarının nədən ibarət olduğunu yanlış anlayırlar. Əks halda özlərinə deyil, dövlətə və vətəndaşa xidmət edərdilər.

Mövzu ilə bağlı adıçəkilən qurumların da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər