Deputat: “Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı söhbət belə gedə bilməz”

​"Kanal1.az"
“Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı nə indi, nə də gələcəkdə söhbət belə gedə bilməz. Siyasətdən müəyyən təzyiq vasitələri kimi istifadə edə bilərlər, lakin Dağlıq Qarabağı Rusiyaya birləşdirmək mümkün deyil. Rusiya dövlətinin siyasi rəhbərliyi, şəxsən Prezident Vladimir Putin Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyıb”.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat: “Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı söhbət belə gedə bilməz”


Deputat bildirib ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi həm çoğrafi, həm də siyasi baxımdan mümkün deyil: “Birincisi, bu, Rusiyaya divident qazandırmaq əvəzinə, əlavə problemlər yarada bilər.

İkincisi isə, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Miranovun bu açıqlaması Dağlıq Qarabağla əlaqəli deyil, Abxaziya, Donbass, Cənubi Osetiya torpaqları ilə bağlıdır. Həmçinin Miranovun Rusiyada stabil fikirli bir siyasətçi kimi qəbul olunmadığını nəzərə alaraq, hesab edirəm ki, bu, seçkiqabağı ritorika məhsuludur. Çünki Miranov zaman-zaman müxtəlif mövzularla bağlı olduğu kimi Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsi ilə bağlı da fərqli fikirlər səsləndirib. Seçilmiş “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq” şüarı da parlament seçkiləri ərəfəsində Miranov tərəfindən daxili auditoriyanın rəğbətini qazanmaq məqsədilə səsləndirilmiş fikirdir”.

Nəsib Məhəməliyevin sözlərinə görə, belə fikirlər, adətən, geniş arealda, yəni geosiyasi problemlərin fonunda daha çox səsləndirilir: “Nəzərə almaq lazımdır ki, Rusiyanın Yaxın Şərq bölgəsində Türkiyə ilə ciddi fikir ayrılıqları müşahidə edilir, eyni zamanda son dövrlər tez-tez səsləndirilən böyük Turan ordusunun yaradılması ilə bağlı işartılar daha qabarıq nəzərə çarpır. Rusiya siyasi dairələri və mətbuat orqanları müzakirələrə səbəb olan belə fikirlər, hesab edirəm ki, ermənilər, ermənipərəst qüvvələr tərəfindən daha çox qabardılır və nəticədə, bu fikirlərin fonunda müəyyən təhrikedici bəyanatlar verilir”.

Qeyd: Rusiyada siyasi partiyalar sentyabr ayında keçiriləcək parlament seçkiləri üçün əsas şüarlarını müəyyənləşdirirlər. Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyasının “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq” şüarı müzakirələrə səbəb olub.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər