Hadisə / Manşet
7.03.2021, 09:28
Bakıda marşrut avtobusu qəzaya düşdü: Xəsarət alan var
Bakıda 4 saylı marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
"Kanal1az"ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Marşrut avtobusunun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 2001-ci il təvəllüdlü İbrahimova Aytən Cəmallədin qızı xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay