Dünya
27.08.2020, 14:41
Ərdoğanla Tramp Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
“İnterfax” agentliyi məlumat verir ki, dövlət başçıları ikitərəfli əlaqələri, regionda baş verən hadisələri və Şərqi Aralıq dənizindəki böhran müzakirə ediblər.
R.T. Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki vəziyyəti gərginləşdirməkdə maraqlı tərəf olmadığını vurğulayıb.
Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisinin göndərilməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay