İran və Ermənistan anlaşmanı pozdu – Səfir hər ikisini ifşa etdi
 
 
"Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin idxal potensialından istifadə etməklə, İranın sözügedən birliklə imzaladığı müqavilədə nəzərdə tutulmayan məhsullarının ittifaqın bazarlarına təkrar ixracına imkan yaradır”.

TEREF musavat.com-a istinadla xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert Ermənistan və İran arasındakı iqtisadi əlaqələrdəki son gəlişmələrə diqqət çəkib:

"İranın Ermənistandakı səfiri Abbas Zoxuri avqustun 27-də yerli mediaya açıqlamasında bildirib ki, 2022-ci ilin ilk 6 ayı ərzində İrandan Ermənistana ixracın həcmi 37 faiz artıb və 560 milyon ABŞ dollarına çatıb. Onun sözlərinə görə, Ermənistan iranlı iş adamlarına Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin bazarlarına 6-7 min adda məhsulu güzəştli tariflərlə ixrac etmək imkanı yaradır.

Səfirin sözlərinə görə, bu o deməkdir ki, İran güzəştli gömrük rüsumlarından istifadə etməklə Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqına 6-7 min adda məhsul ixrac edir. Səfir bildirib ki, İran Ermənsitan vasitəsilə Avrasiya İqtisadi İttifaqına ixracını iki dəfə artırmağı planlaşdırır.

Bu isə o anlama gəlir ki, İrandan Ermənistana ixracın artması ilə bağlı göstəricilər Ermənistanın idxal potensialının hesabına baş verməyib. Yəni 37 faiz artım Avrasiya İqtisadi İttifaqı ölkələrinə Ermənistan vasitəsilə edilən ixracın göstəricisidir.

Ermənistan ərazisi İran üçün güzəştli tariflərdən yararlanmaq üçün "tramplin” rolunu oynayır. Ermənistan isə ona Avrasiya İqtisadi İttifaqının üzvü kimi təqdim edilmiş güzəştlərdən İranın yararlanmasına imkan verməklə, əslində həm Gömrük İttifaqı və Vahid İqtisadi məkan haqqqında müqavilənin, həm də Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin bir sıra müddəalarının tələblərini pozur.

Belə ki, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında imzalanmış müvəqqəti müqaviləyə əsasən, bu ölkədən ittifaq ərazisinə 500 adda məhsulun güzəştli şərtlərlə idxalı nəzərdə tutulur. Amma İranın İrəvandakı səfiri 6-7 min adda məhsulun Ermənistan ərazisi ilə idxalından danışır.

Belə anlaşılır ki, Ermənistan hamam suyu ilə özünə dost tutur. Yəni Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin idxal potensialından istifadə etməklə, İranın sözügedən birliklə imzaladığı müqavilədə nəzərdə tutulmayan məhsullarının ittifaqın bazarlarına təkrar ixracına imkan yaradır. Nəticədə həm İranı razı salır, həm də ticarət dövriyyəsində mənfi saldonun qismən də olsa azaldılmasına nail olur”.
 

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər