Gündəm
29.11.2022, 14:41
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
Noyabr
ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd
Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı
kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində
narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana
keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilən
tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayon sakini, 1990-cı il
təvəllüdlü Niftəliyev Elçin Biləsuvar oğlu saxlanılıb və şəxsin üzərinə
baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5
kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar
olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay