Gündəm / Cəmiyyət
23.03.2023, 14:47
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Mart
ayının 22-də saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
"Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Məmmədbəyli kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik
vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından
Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət
Sərhəd Xidmətindən verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və
əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram narkotik vasitə
aşkar olunaraq götürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay