Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər


"Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan hakimiyyətini ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edən İrəvanın iddiasını təmin etməyəcək”.

Bu fikri NEWS.ru-ya müsahibəsində politoloq Aleksey Naumov bildirib.

Onun sözlərinə görə, Ermənistanın belə iddialar üçün əsası yoxdur.

"İstənilən halda məhkəmənin hökmü Azərbaycana qarşı yönəlməyəcək. Bakı irəli sürülən ittihamlara kifayət qədər haqlı reaksiya verir, belə beynəlxalq öhdəliklərə məsuliyyətlə yanaşdığını və onları inkar etmədiyini vurğulayır, sübutlar tapılmadığı üçün iddianın verilməsi faktını əsassız sayır”, - deyə Naumov bildirib.

Politoloqun fikrincə, İrəvan öz hərəkətləri ilə ancaq informasiya hay-küyü yaratmağa çalışır. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistana cəlb edir, ona iqtisadi və hərbi yardım şəklində siyasi üstünlüklərə nail olmağa imkan verir.

Qeyd edək ki, 2021-ci il sentyabrın 16-da Ermənistan Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb. Sənəddə Bakının guya ermənilərə qarşı nifrət siyasətini dəstəklədiyi, bunun nəticəsində onların ayrı-seçkiliyə, qırğınlara və işgəncələrə məruz qaldığı vurğulanır.

Azərbaycanın nümayəndəsi Elnur Məmmədov Bakı adından bəyan edib ki, BMT məhkəməsinin İrəvanın ermənilərə qarşı cinayətlərlə bağlı iddiasına baxmaq səlahiyyəti yoxdur. Onun fikrincə, ittihamlar həm də Ermənistan tərəfinin iddiada istinad etdiyi irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya aid deyil.

Öz növbəsində, rusiyalı politoloq Dmitri Solonnik NEWS.ru-ya bildirib ki, Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Məhkəməyə verdiyi iddiası təşkilatın sülhməramlılarını NATO ölkələrindən Qarabağ ərazisinə gətirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, Rusiya belə bir qərar qəbul ediləcəyi təqdirdə ona kəskin mənfi reaksiya verəcək.

"Rusiyanın Cənubi Qafqazdakı vəziyyətin nəzərdən keçirilməsinə və Qafqaz regionuna heç bir aidiyyatı olmayan məsul qüvvələrin cəlb edilməsinə mənfi münasibət bəsləyir, Ermənistanın hər vasitə ilə NATO nümayəndələrini bölgəyə sürükləmək cəhdinə son dərəcə mənfi yanaşır. Bu, Cənubi Qafqaz sabitliyə qətiyyən kömək etmir”, - Solonnikov bildirib.

Politoloq qeyd edib ki, İrəvanın vəzifəsi Qarabağda 44 günlük müharibənin nəticələrini şübhə altına almaqdır. Onun fikrincə, Ermənistan ciddi nəticələr əldə etməyəcək.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər