Ombudsman: Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları...



Ombudsman Səbinə Əliyeva "İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən 17 noyabr 2023-cü il tarixində qəbul edilmiş müvəqqəti tədbirlər barədə qərarına münasibət bildirib.

Bu barədə Publika.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etmiş olub. Ölkəmizə qarşı müxtəlif platformalarda irəli sürülən ittihamyönümlü fikirlərin əksəriyyəti Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməklə yanaşı, bu fikirlərin hər hansı faktoloji əsasının olmaması bir daha təsdiq olunmuşdur.

Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların hüquq və azadlığının təmininə, mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində diqqət göstərilir. Azərbaycan dövləti tərəfindən davamlı olaraq Qarabağın erməni əsilli sakinlərinin hüquqlarının təmini ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyini bəyan edən çağırışlar edilir, həmin şəxslərin təhlükəsizliyinə və humanitar ehtiyaclarının qarşılanmasına təminat veriləcəyi yüksək səviyyədə bildirilir, erməni əsilli sakinlərin reinteqrasiyası istiqamətində əməli addımlar atılır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, milliyyətindən, dinindən, irqindən, etnik və digər mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan hər bir kəsin hüquq və azadlıqlarının təmini sahəsində fəaliyyətimizi həyata keçiririk.

Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi məsələsi də daim Ombudsmanın diqqət mərkəzindədir.

Son xəbərlər

Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

İcra Hakimiyyəti 2 il əvvəl istifadəyə verilən məktəbin tikintisinə indi icazə verir?

“Ağ Göl” Milli Parkından qanunsuz tutulan balıqlar Beyləqan, İmişli. Füzuli bazarlarında satılır – İDDİA

Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR… – AXI NİYƏ?

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA

Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Sabahla bağlı CİDDİ XƏBƏRDARLIQ – Bu şəxslər…

“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər” – FAKT BUDUR!

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı: “Hər gün eyni vaxtda qəbul edilməzsə…”

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

Havanın temperaturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Mingəçevir səhiyyəsi dizini yerə qoyub…-Narazılıq

Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

“Bələdiyyə qədər lazımsız qurum varmı?” – Vətəndaş narazıdır // FOTO

Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Bütün xəbərlər