Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ermənistan sərhəddə Azərbaycana qarşı təxribat törətdiyini etiraf etdi: bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasında etiraf edilir ki, aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insident məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verib. Bununla bağlı erməni sərhədçilərə cinayət işi açılıb.

Aprelin 10-da saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan ordusunun döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Ermənistanın sərhəd təxribatına Azərbaycanın adekvat cavabı həmişə bu ölkə üçün ağır itkilərlə nəticələnir. 44 günlük müharibədən sonra baş verən təxribatlar seriyasına nəzər yetirdikdə aydın olur ki, Ermənistan həm ciddi canlı qüvvə itirib, həm də döyüş mövqeləri və strateji yüksəkliklərdən məhrum olub. Sonuncu itki ilə bu ilin fevral ayında Zəngilan istiqamətində snayper təxribatından sonra üzləşdilər. "Yerkrapa” terror təşkilatının təxribatı zamanı bir hərbçimiz yaralandı, ordumuzun cavab tədbirləri nəticəsində 4 terrorçu məhv edildi, biri yaralandı.

Bu kontekstdə sonuncu təxribatda baş leytenantımızın yaralanmasına görə Ermənistan növbəti dəfə ağır itkilərlə üzləşəcəkdi. Lakin rəsmi Bakı Ermənistanın məsələni araşdırmasını və nəticəni bəyan etməsini gözləyirdi. Məsələ araşdırılmasaydı, yaxud təxribatçılar müdafiə olunsaydı, ordumuz cavab tədbirləri həyata keçirəcəkdi, fevral təxribatında olduğu kimi. Ermənistan Zəngilan istiqamətində törədilən snayper təxribatını araşdıracağını bəyan etsə də, heç bir nəticə olmadı, buna görə Azərbaycan ordusu təxribatçıları özü cəzalandırdı.

İrəvan anlayırdı ki, bu dəfə baş verən təxribatla bağlı eyni mövqeyi sərgiləyəcəkləri təqdirdə, analoji vəziyyətlə üzləşəcəklər. Bu baxımdan, Ermənistanda təxribatçılara cinayət işinin açılması Azərbaycanın növbəti qələbəsidir: təxribata güllə ilə yox, siyasi zərbə ilə cavab verildi. Bu hadisə Ermənistan ordusundakı təxribatçılar və onların havadarları üçün törədilən cinayətlərin cəzasız qalmayacağı nəticəsini də ortaya çıxarır:

- Təxribatçılar ya Ermənistanın özü tərəfindən cəzalandırılacaq;

- Ya da ordumuz tərəfindən məhv ediləcəklər;

Və bu təxribatlarda maraqlı tərəf olan ölkələrin planları baş tutmayacaq. Son 6 ayda sərhəddə iki toqquşma baş verib və hər iki insidentin arxasında Fransanın olduğu bəllidir. Rəsmi Parisin əsas niyyəti Azərbaycan-Ermənistan sərhədində eskalasiyaya səbəb olacaq təxribatları tətikləmək, bununla həm rəsmi Bakını ittiham altına salmaq, həm də sülh prosesini pozaraq, hərbi ssenarilər üzərindən bölgəyə müdaxilə etməkdir. Lakin Azərbaycan siyasi və hərbi müstəvidəki addımları ilə bu planların qarşısını alıb.

Ermənistanın 10 aprel təxribatı ilə bağlı sərgilədiyi doğru mövqe sərhəddə növbəti toqquşmanı arxa plana keçirdi, eyni zamanda, erməni ordusunun ağır itkilərlə üzləşməsinin qarşısını aldı. Rəsmi İrəvanın bu addımı göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri normal müstəvidə qurula, problemlər qarşılıqlı anlaşma yolu ilə həll edilə və bölgəyə sülh gələ bilər. O şərtlə ki, prosesə üçüncü tərəflər qoşulmasın. Üçüncü tərəflərin iştirakı Bakı və İrəvan xəttindəki sülh niyyətlərini alt-üst edir. Bu, təcrübə ilə təsdiqlənib. Baş verənlər Azərbaycan-Ermənistan müzakirələrinin ikitərəfli formatda keçirilməsinin effektivliyini və zəruriliyini də növbəti dəfə isbat etdi.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər