Tələbədən rüşvət alan müəllim həmin gənci rüşvətxorluğa öyrədir – FAKT BUDUR!

 

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev tutduğu vəzifədən azad edilib.
Müvafiq qərar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində qəbul edilib. Yenisabah.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Kollecin əməkdaşlarından biri sayta bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə paralel olaraq Göyçay Rayon Prokurorluğu və Maliyyə Nazirliyi də bir neçə aydır ki, kollecin fəaliyyətini yoxlayır. Aparılan yoxlamalar nəticəsində cinayət əməli kimi qiymətləndirilə biləcək çoxlu sayda qanunsuzluq aşkarlanıb. Buraya dövlət vəsaitini mənimsəmədən tutmuş, tələbələrdən rüşvət almağa kimi bir çox hallar daxildir.

Maliyyə Nazirliyinin apardığı araşdırma zamanı məlum olub ki, kollecə məxsus olan avadanlığın çoxu yararsız vəziyyətdədir. Buna baxmayaraq, vaxtaşırı təhsil müəssisəsi üçün avadanlıqlar və yanacaq alınıb. Rüşvət qalmaqalı ilə bağlı audioyazı da üzə çıxıb. Audioyazıda Şahin Əliyevin kollecin direktoru vəzifəsini müvəqqəti icra edərkən uzaq rayondan gələn tələbədən rüşvət istədiyi, onun isə tələb olunan məbləği verə bilməyəcəyini dediyi iddia edilir. Məlum olur ki, tələbənin cəmi 20 manat verməyə imkanı çatır. Direktor isə bununla razılaşmır. Deyir ki, gediş-gəliş xərcin 40 manat edir. Belə çıxır ki, Göyçaya 60 manatla gəlmisən… Tələbə isə evdən çıxarkən üzərində cəmi 50 manat olduğunu iddia edir.

Məsələ ilə bağlı "Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, rüşvətə meyl edən şəxslər barəsində qanunun tələbinə uyğun müvafiq addımlar atılmalıdır:

"Xüsusi ilə təhsil müəsisələrində kiçikdən tutmuş rəhbər heyyətə qədər hər kəs öz əməlinə görə başqalarına örnək olmalıdır. Tələbədən rüşvət alan müəllim həmin gənci rüşvətxorluğa öyrədir. Ümid varam ki, Elm və Təhsil Nazirliyi yaxın vaxtlarda dövlət kolleclərində rəhbər şəxslərin seçilməsində müsabiqə təşkil edərək yalnız vicdanlı şəxsləri işə cəlb edər. Çünki, elə kollec rəhbərləri var ki, uzunmüddətdir fəaliyyət göstərirlər. Onlar iş prinsiplərini öyrəndikləri üçün rüşvətin yığılmasının yollarını yaxşı bilirlər. Bu kimi halların yaşanmaması üçün rəhbər heyyəti nəzarətdə saxlayan mexanizm və yaxud qurum, komissiya təşkil olunmalıdır. Adı çəkilən qurumlar tələbələrlə müntəzəm işləməli və onların fikirlərini nəzərə almalıdırlar. Həmçinin müntəzəm olaraq təhsil müəsisələrində yoxlamalar aparılmalıdır. Tədbir görülməyəcəyi təqdirdə problem həll olunmayacaq”.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər