Baş Prokurorluqdan əməliyyat: rüşvət alan vəzifəli şəxslər həbs edildi

Göyçay rayonunda fəaliyyət göstərən ayrı-ayrı qurumların vəzifəli şəxslərinin birgə törətdikləri qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Kanal1.az”-a verilən məlumata görə, Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Nəbiyev Ramin Cavanşir oğlu, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Kərimov Qurban Ağarəhim oğlu və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Hacıyev Mübariz Hüseyn oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Belə ki, qeyd olunan vəzifələrdə işləyərkən Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyev ilə qabaqcadan əlbir olaraq bələdiyyənin mülkiyyətində olan dağlıq ərazidə yerləşən torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına icazə verilməsi və buna müvafiq şəraitin yaradılması müqabilində ümumilikdə 9 min manat məbləğində pul vəsaitini rüşvət qismində tələb edib aldığına görə 17 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər üç şəxs saxlanılıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyevə 17 aprel 2021-ci il tarixdə CM-nin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib və məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər