KOLLEC DİREKTORU HAQQINDA ŞOK İDDİALAR – Şahin Əliyevin qanunsuz yollarla yığdığı “topdağıtmaz” sərvət / VİDEO

 

 

Göyçay rayonu, Qaramən kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Bildirmək istəyirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir. Baxmayaraq ki, adı "təhsil ocağı”dır, həqiqətdə isə bura "korrupsiya yuvası”dır.

Hazırda direktor səlahiyyətlərini Şahin Əliyev icra edir. O, 40 ilə yaxındır ki, burada müxtəlif yüksək vəzifələrdə çalışıb. Şahin Əliyev bu illər ərzində öz kürsüsünü kifayət qədər möhkəmləndirmişdir.

Şahin Əliyev rüşvətxorluqla milyonlar əldə edib. Göyçay rayonunun müxtəlif yerlərində böyük malikanələri, bahalı avtomobilləri var. Hansı ki, gündəlik gözdən pərdə asmaq üçün işə "Tofas-Şahin” markalı avtomobillə gəlib-gedir.

Bundan əlavə, Bakı şəhərində və ölkəmizin digər regionlarında evləri, mülkləri var. Bir neçə bahalı aqrotexnikalar (traktor, kombayn) alıb, icarəyə verib.

Əslində, onun varidatının siyahısı daha genişdir. Şübhəsiz ki, Göyçay Dövlət İdarəetməTexnologiya Kollecində direktor müavini işləyən şəxsin aylıq maaşla bir belə var-dövlət əldə etməsi mümkünsüzdür. Şahin Əliyev öz yaxın və uzaq qohum-əqrəbalarını kollecdə işlə təmin edib. Kollecin qarajında istismar müddəti başa çatmış avtomobil və texnikalar mövcuddur. Onlar qeyri-işlək vəziyyətdə olsa da, aylıq yanacaq pulu yazılır və həmin vəsait Şahin Əliyevlə aidiyyəti işçilər arasında bölüşdürülür.

Burada təxminən 1200-1300 tələbə sayı var, onları əksəriyyəti qiyabi oxuyur və ya maddiyyat qarşılığında aylığa buraxılıblar. Bütün smestirlərdə tələbələr rüşvət verərək imtahandan yüksək nəticə əldə edirlər. Bəzi müəllimlərlə daxildə baş verən anlaşılmazlıq səbəbilə bu semestr Şahin Əliyev şəxsən özünə müraciət edən tələbələrə köməklik göstərir, haqqı deyən müəllimlərin xahiş etdiyi tələbələr isə imtahandan kəsilmiş hesab edilir.

Hazırda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Şahin Əliyevə qarşı böyük narazılıq yaranıb. Özünü "süddən çıxmış ağ qaşıq” kimi göstərməyə çalışan Şahin Əliyev məgər yaxın keçmişini nə tez unutdu?! Sanki tələbələrdən rüşvət tələbinə dair sabiq direktor İrşad Abbasovla yanaşı, sosial şəbəkələrdə səs yazıları paylaşılan Şahin Əliyev deyil.

Eyni zamanda, kollecdə uzun illərdir baş mühasib işləyən Mətanət adlı qadın sanki ailə ansambılı yaradıb. Özü, qızı, oğlu, kürəkəni hamısı yüksək vəzifələrdədir.

Cənab Prezident!

Sizdən çox xahiş edirəm, Baş Prokurorluğa, Maliyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və aidiyyəti orqanlara tapşırıq verəsiniz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində şəffaf və obyektiv araşdırmalar aparılsın, korrupsiyaya bulaşmış Şahin Əliyev və digər şəxslər məsuliyyətə cəlb edilsinlər”.
Turantv.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

 

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər