Prezident tərəfindən təltif olunmuş direktor müavinini məktəbdə qapını bağlayıb kimlər döydü? -İLGİNC FAKTLAR

 

Turantv.az: Redaksiyamıza daxil olan məlumata görə martın 5-də 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-ci ildə "Ən yaxşı bəstəkar”, 2011-2012 ci tədris illərində "Ən yaxşı müəllim” müsabiqələrinin qalibi, Prezident tərəfindən təltif edilmiş Reyhan Hacızadə məktədənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Abbasovakitabxana müdiri Vüsalə Qədimalıyeva tərəfindən döyülərək təhqir edilmişdir. Baş verən hadisədən sonra halı pisləşən Reyhan Hacızadə təcili yardım maşını ilə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Martın 5-dən 9-dək xəstəxananın reanimasiya şöbəsində müalicə alan Reyhan müəllimə bu günlərdə palataya köçürülsə də vəziyyəti ciddi olaraq qalmaqda davam edir.

Xəbəri dəqiqləşdirmək məqsədilə müxbirimiz M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına gedərək Reyhan Hacızadə ilə görüşüb.
Reyhan müəllimə xəbərin doğruluğunu təsdiqləyərək bildirib ki, insidentə səbəb onun öz vəzifə funksiyalarını yerinə yetirməsi və təşkilatçı İlhamə Abbasovanın səlahiyyət həddini aşması olub. Reyhan müəllimə əlavə edib ki, təşkilatçı İlhamə Abbasova və kitabxana müdiri Vüsalə Qədiməliyeva onu psixoloqun kabinetinə salaraq döymüş və ağır ifadələrlə təhqir etmişlər. Hazırda vəziyyətinin qənaətbəxş olduğunu, lakin bir müddət həkim nəzarətində qalmasının vacibliyini qeyd edən Reyhan Hacızadə baş verən hadisədən sonra məktəb rəhbərliyinin onun vəziyyəti ilə maraqlanmadığını bildirmişdir.

Məsələyə ETN-nin, BŞTİ-nin və 163 nömrəli məktəbin direktor əvəzi Ramil Tanrıverdinin mövqeyini öyrənməyə cəhd eləsək də telefonlarımıza cavab verən olmadı.
Qeyd edilən insidentlə bağlı araşdırmalarımız davam edir. Hadisənin daha ətraflı təfərrüatı haqqında Reyhan müəllimənin fikirləri və araşdırma yazımız olacaq. Bizi izləyin!

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq!(aia.az)

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər