Düşünürdük ki, Regional Təhsil İdarələri yarandıqdan sonra, region təhsili sahəsində hansısa məktəb rəhbərinin haqsızlıq etməyə cəsarəti çatmayacaq. Lakin təəssüflər olsun ki, bəzi məktəb rəhbərləri nəinki haqsızlıq, hətta tərbiyəsizlik belə etməkdən çəkinmədilər.

Lənkəran-Astara Regional Təhsil İdarəsi rəhbərinin xoş niyyətli xəbərdarlığına baxmayaraq, onun humanistliyindən istifadə edib, bəzi məktəb rəhbərləri öz neqativ hərəkətlərini davam etdirməkdədirlər. Çox təəssüf ki, Regional Təhsil İdarəsi tərəfindən göndərilən yoxlamalar isə, ənənəvi qaydada direktora yaxın olan bir-neçə şəxsdən aldığı formal xarakterli izahatlarla, baş verən qanunsuzluqları ört-basdır edərək, LARTİ rəhbəri Elxan Nəcəfovu aldadırlar.

Bunun nəticəsidir ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə isə, qalmaqal bitmək bilmir. Əvvəlcə diaqnostik qiymətləndirmədən 14 bal toplayan Seymur Bəxtiyar oğlu Cəfərova tərbiyə işləri üzrə direktor müavini təyin olunmasının və direktor səlahiyyətlərinin ona verilməsinin narazılıqları, sonradan isə, hər gün baş verən qeyri-qanuni pul yığmaları və digər neqativ hallar səngimək bilmir. Bu qanunsuzluqları törədənlərə:

"Gözün üstündə qaşın var!”, -- deyən olmadığı üçün də, məktəb rəhbərinin səlahiyyətlərini icra edən Seymur Cəfərov öz qanunsuz əməllərini davam etdirməkdədir. Ümumiyyətlə, bu məktəbdə, direktorun uşaq döyməsindən tutmuş, müxtəlif adlar altənda pul yığılmasına qədər hər cür neqativ hallar baş verir.
Son baş verənlər isə, nə təhsil adına, nə də müəllim adına yaraşan bir davranış oldu. Belə ki, məktəbdaxili qiymətləndirmə olan BSQ-nin müəllim tərəfindən deyil, məktəb rəhbərliyi tərəfindən keçirilməli olduğunu deyən Əlizamin Əliyev, direktor əvəzi Seymur Cəfərovun və onun Göytəpə şəhər 3 nömrəli məktəbdə tarix müəllimi işləyən qardaşı Mübariz Cəfərovun təzyiqlərinə məruz qalıb. Müəllim qardaşlar, hətta öz sosial hesablarından müəllim adına yaraşmayan əxlaqsız sözlərlə təhdid, təhqir və böhtanlar yağdırmağa başlayıblar. Hər iki şəxs "müəllim” olduqları üçün, kontaktlarındakı xeyli sayda təhsil işçisi və şagird onların bu əxlaqsız yazılarını görüblər. Onların əxlaqsız paylaşımlarına görə, LARTİ rəhbəri Elxan Nəcəfova rəsmi müraciət də edilib. İctimaiyyət tərəfindən mənfi qarşılanan bu hərəkətə qiymət, inanırıq ki, həm cənab Elxan Nəcəfov, həm də aidiyyatı qurumlar tərəfindən veriləcək, onlar öz layiq olduqları cəzanı alacaqlar.
araz.az

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər