Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ? – ETİRAZ VAR…

 

ƏƏSMN və tabeliyindəki qurumların əhaliyə, əlillərə, qazilərə, şəhid ailələrinə Konstitusiyaya zidd vicdansız davranışı, özbaşınalığı son beş-altı ildə pik həddinə çatıb. Pensiyalar düz hesablanmır, mənimsəmə yeminə çevrilib, sosial xidmətlərdən reketliklə imtina edilir, mənzillər rüşvətlə satılır, məcburi köçkünlər mənzillə rüşvət hesabına təmin olunur, amma Bakı qaziləri, əlilləri hələ də mənzilsizdir. 2007-ci ildən qüvvəyə minən "Əmək pensiyaları haqqında” qanunun heç bir maddəsi əlil, şəhid , qazi ailələrinə tətbiq olunmur”. Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Məhkəmə təminatı hüququna da elə kobud qadağa qoyulub ki, nə ali dövlət hakimiyyəti, nə hüquq orqanları son qoya bilir. Necə son qoysun, Prezidentdən, 1-ci vitse-prezidentdən, Baş nazirdən, MM rəhbərliyindən, deputatlardan, baş prokurorluqdan, Ali Məhkəmədən, Konstitusiya Məhkəməsindən … ƏƏSMN rəhbərliyinə göndərilən şikayətlərə cavabı… DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov imzalayır, ƏƏSMN və tabeliyindəki qurumlarda Konstitusiyanın qüvvədə olmadığını, rüşvət, korrupsiya özbaşınılığının ən yüksəkdə olduğunu bildirir!(?) Bəyəm Eyvaz İsmayılov ƏƏSM naziri təyin olunub? Nə vaxtdan, bəs bizə niyə deyilməyib?

Olsun, Eyvaz İsmayılov hansı hüquq savadsızlığı ilə bildirir ki, qanunun geriyə qüvvəsi vardır. Zəruri bilgiləndirmə: QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR. YALNIZ ŞƏXSİN VƏZİYYƏTİNİ YÜNGÜLLƏŞDİRƏN AKTLARIN QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. (Ölkənin Ana Qanununun -Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsi). DSMF-in departament müdiri-nazir görəvini icra edən Eyvaz İsmayılov bir ildir bildirir ki, qanun dövlətin adından çıxarılan məhkəmə qərarını ləğv edib! Zəruri bilgiləndirmə: MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI MƏCBURİDİR; MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR. (Ölkənin Ana Qanununun- Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsini "yeni nazirin” diqqətinə çatdırmağa ehtiyac varmı? Özü də öyrənə bilər ki, vəzifəli şəxsin məhkəmə qərarının icrasını həyata keçirməməsi neçə il müddətinə dəmir barmaqlıqlar arxasında cavab verməyə gətirir.

Eyvaz İsmayılov 13.05.2022 tarixli qanunla "Əmək pensiyaları haqqında” qanuna əlavə olunan 37.3.2-1 maddəsinin də qulluq stajına görə pensiya alan qazi , şəhid ailələrinə öləndən sonra (?) tətbiq ediləcəyini bildirib. Sözügedən maddəyə görə, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan qazi, şəhid ailələri İŞLƏMƏYƏ DAVAM EDƏRLƏRSƏ, əlilliyə və ya yaşa görə işləməyən KATEQORİYAYA keçəndə pensiyaları MÜRACİƏTLƏRİ ƏSASINDA yenidən yığılan pensiya kapitalına, sığorta haqqına, iş stajına uyğun yenidən hesablanır. Pensiya filialı və Eyvaz İsmayılov isə bu maddəni müraciət edən qazi, şəhid ailələrinə tətbiq etmir ki, işi davam etdirirlər. (?) Qanun elə işi davam etdirənlərin pensiyalarının yenidən hesablanmasını doğrulayır də, işi davam etdirməyənlərin axı pensiya kapitalı olmur! Rüşvət, korrupsiya, pensiya mənimsənilməsi o həddə çatıb ki, bu yekəlikdə ƏƏSMN tabeliyində DSMF, onun qurumları "işləməyən kateqoriya” anlayışını "işi dayandırmaq” kimi anlayırlar. Anlatmaq yerinə düşər ki, birincisi, heç kəs ölənəcən işi dayandırmır, belə çıxır, öləndən sonra pensiyasına işi davam etdirməsinə görə əlavə hesablanacaq? İkincisi, bəs adi pensiya alan müəllimlərin, həkimlərin və s. pensiyaları 6 ildən bir avtomatik qaydada necə yenidən hesablanır, onlara işi davam etdirmələrinin pensiyalarını yenidən hesablamağa imkan vermədiyi bildirilmir? Açıq qərəz, ayrı-seçkilik göz önündə deyilmi?

ƏƏSMN rəhbərliyinin tam heyətlə beynəlxalq hüquq doktorları olmasını bir qırağa qoyaq, DSMF-də Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN da Konstitusiyadan xəbəri yoxdur? Olduqca ritorik sualdır, olsaydı, məhkəmələrə rüşvət verib Konstitusiyanı qüvvədən salmazdı ki! Olsaydı , vəkillərin dövlət qulluqçusu olması da olmazdı ki! Hüquq korluğuna, nihilizmə, özbaşınalığa , məmur azğınlığına baxın, onlarla illərdir dövlətin adından çıxarılan, məcburi icra olunmalı olan qanunların, məhkəmə qərarlarının icrasına sıradan məmur qadağa qoyur və bu qadağanı Ombudsman, PA, NK, MM, hüquq orqanları Konstitusiya aktı kimi qəbul edir!(?)
ƏƏSMN-in, tabeliyindəki qurumların rüşvəti, korrupsiyanı, özbaşınalığı Konstitusiyadan üstün tutması nə qədər sürəcək? Ritorik sual deyil, cavab tələb edir!”

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər