Vüqar Behbudovdan 1-ci vitse-prezidentə sayğısızlıq -
 
Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə xidmətdən imtina etməsi özbaşınalığına heç kim hüquqi qiymət verilməsini təmin etmir, ya da etmək istəmir. Özbaşınalıq o həddə çatıb ki, qazilərin sanatoriya-kurort müalicəsinin təşkil edilməsindən də imtina edilir. İmtinanın əsası kimi Nazirlər Kabinetinin 12.08.2002 tarixli qərarı ilə əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsinin ƏƏSMN -in səlahiyyətləri xaricində olması göstərilir. Bəs kimin səlahiyyətləri daxilindədir? Buna isə aydınlıq gətirilmir.
Sosial Xidmətlər Agentliyinin açıq-aşkar qanuna, Konstitusiyaya hörmətsizliyi üzə çıxır. Məsələ bundadır ki, NK qərarı Prezident fərmanından, fərman isə qanundan üstün ola bilməz. Prezidentin 30.06.2020 tarixli " Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 1077 saylı fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddələrində əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı tədbirlər görmək; vətəndaşların sanatoriya – kurort putyovkaları ilə təmin olunmasını TƏŞKİL ETMƏK Sosial Xidmətlər Agentliyinin vəzifələrinə aid edilib . Agentlik isə Prezidentin fərmanını saymır. Eyni zamanda, "Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərməli və bu barədə müraciət edənə məlumat verməlidir . Sosial Xidmətlər Agentliyinin qanuna hörmətsizliyi ilə Konstitusiyaya , Konstitusiyanın qarantı olan Prezidentə də sayğısızlığı üzə çıxır.
Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi isə dövlətin adından çıxarılan məhkəmə qərarını 7-ci ildir icra etməkdən qərəzlə imtina edir. Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli , 2-1 (81)-1095/16 saylı qərarı ilə 1-ci dərəcəli Qarabağ qazisinin iki əlil elmi işçisi olan dörd ayrı ailədən ibarət on nəfərlik ailəsi yeddinci ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına nail olub mənzillə təmin oluna bilmir. Nə Ombudsman qanunla üzərinə qoyulan məhkəmə qərarlarının VAXTINDA icra olunmamasına görə pozulmuş insan hüquqlarını bərpa edir, nə məhkəmə İnzibati Prosessual Məcəllənin 216-220 maddələrinin tələblərinə uyğun olaraq borclu inzibati orqana icranın məcbur edilməsi üçün sanksiyalar tətbiq edir; Bakı İnzibati Məhkəməsi heç tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin ərizələrinə belə qeyri-prosessuallıqla baxmır. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin özbaşınalığa özbaşınalıqla qiymət vermə(mə)si də barəsində şikayət edilən qurumla qeyri-prosessual münasibətə girməsindən qaynaqlanır. Təsəvvür edin, tələbkarın borclu Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində əlil və şəhid ailələrinə tikilən evin rüşvətlə gizlin bölünməsindən 161-ə şikayətinə Ombudsmanın işə qarışmasının sonucu olaraq 2 ildən sonra (?) 09.09.2021-ci ildə izahatı alınmaqla "baxılıb” və 13 aydır özünü Rəşad Məmmədov kimi təqdim edən prokurorluq əməkdaşının nə özü tapılır, nə də qərarı. Belə bəlli olur ki, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı rüşvətlə cinayəti ört- basdır edir. Ədliyyə Nazirliyinin icra məmurlarından heç danışmaq mümkün olmur , rüşvətlə tələbkarı borclu çıxarıb, həbslə tələbindən imtina etdirirlər. Qalır dövlətin birinci şəxslərinin dövlət adından qarantiyası.
2022-ci ilin 10 iyununda 1-ci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənovun qəbulunda olan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin şikayəti Ədliyyə Nazirliyinə və ƏƏSMN -ə göndərilib . Bu günlərdə - 4 aydan sonra (?) Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov hətta şərəfinə sığışdırıb cavabı imzalamaqdan da imtina edib, müavini Zaur İbrahimov bir sicilləmə cavabla 1-ci vitse-prezidentə hörmətsizliyini elə ortaya qoyub ki, dövlətə də, onun başçılarına da Konstitusiyaya da inam ölüb. (ƏƏSMN RƏHBƏRLİYİNƏ XATIRLADIRIQ ki, ALİ DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARINDAN DAXİL OLAN MÜRACİƏTLƏRƏ CAVABI qanunun tələbinə görə QURUMUN BAŞÇISI İMZALAMALIDIR). Təsəvvür edin, Sosial Xidmətlər Agentliyi 2016-cı il tarixli məhkəmə qərarının 7 il qabaq (?) icra olunduğunu bildirib, Naxçıvan "Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyanın isə Bakı İnzibati Məhkəməsinin qərardadı ilə mümkün olmadığını vurğulayıb. Buna da şükür, 7 il qabaq müalicə olunmağı əsas tutmayıb.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmətdən imtinasının məhkəmə bazarlığına son qoyan olacaqmı? Ümumiyyətlə, xidmətdən imtina edən, qaziləri intihara sürükləyən Sosial Xidmətlər Agentliyinə ehtiyac varmı? Ondansa, "sosial intiharlar xidməti” daha məqsədəuyğun olardı. .
Məğrur Bədəlsoy

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər