Səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verilə bilər




İran qanunvericiliyinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsi ölüm cəzası gözləyir.

Publika.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Güney Azərbaycandan olan hüquqşünas Saleh Kamrani deyib.

O vurulayıb ki, Vyana Konvensiyasına əsasən, İran və ya bu konvensiyanı imzalayan digər dövlətlər ərazilərində yerləşən diplomatik nümayəndəlikləri, diplomatları və onların ailə üzvlərini qorumalıdırlar. Hüquq müdafiəçisi əlavə edib ki, İran beynəlxalq sənədin bu öhdəliyinə əməl etməməsi ilə məşhurdur:

"İran İslam İnqilabı olan zaman ABŞ səfirliyinə hücum oldu, orada səfirliyin çoxlu əməkdaşı tutuldu. Ondan sonra Səudiyyə Ərəbistanı konsulluq və səfirliyinə, Böyük Britaniya konsulluq və səfirliyinə, ən sonda isə Azərbaycan səfirliyinə hücum təşkil edildi. İran rejiminin özünün əli olmadan belə hücumların təşkil edilməsi mümkün deyil. Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlikdə insan ölümünə səbəb olub. İran qanunvericiliyində onun cəzası ölümdür”.

Müsahib hesab edir ki, İran məhkəmə sistemində bu hücumun üstünün tam şəkildə açılması çətindir:

"Çünki orada bilinir ki, İran kəşfiyyatının və İran rəsmilərinin əli olmadan bu işin gerçəkləşməsi mümkün deyildi. Ona görə də məsələni şəffaf şəkildə ortaya çıxarmaq da mümkün olmayacaq. Hətta bu adam sonra edam olunsa belə, yenə də məsələ aydınlaşmış olmayacaq. Ancaq bununla belə məhkəmə prosesini Azərbaycan rəsmiləri də müşayiət etməlidirlər”.

S.Kamrani diqqətə çatdırıb ki, Vyana Konvensiyasına əsasən, İran həm Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməli, həm təhlükəsizlik qarantı verməli, həm də təzminat ödəməlidir:

"Bu, işin hüquqi tərəfidir. Biz məsələni Azərbaycan-İran rabitəsi kontekstində qiymətləndirməliyik. Onu da bildirim ki, İran həmişə hücumdan vasitə kimi istifadə edib. Məsələn, Pakistanla-İran arasında heç vaxt ixtilaf olmamışdı, amma birdən-birə İran oranı raketlə vurmağa başladı. İran həmişə bu vasitələrdən istər öz içərisində, istərsə də qonşuları ilə münasibətdə istifadə edib”.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İranın İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə Bakı vaxtı ilə səhər saat 8:30 radələrində terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Son xəbərlər

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Bütün xəbərlər