İranın azərbaycanlı vitse-spikerindən Bakıya hədə...



İran tarix boyu qonşularına hörmət göstərən böyük ölkədir. İranın şimal-şərq qonşuları, xüsusilə Azərbaycanla çox oxşar cəhətləri var. Biz hər zaman Azərbaycana hörmət etmişik.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin sədr müavini Əli Nikzad İran-Azərbaycan münasibətləri haqda ölkə televiziyasına müsahibəsində deyib.

"Azərbaycan bilməlidir ki, İslam İnqilabından sonra İranın qonşularından biri (İraq nəzərdə tutulur – red.) bir dəfə səhv etdi və müxalitəlif ölkələrin böyük dəstəyinə baxmayaraq, 8 il İrana müqavimət göstərə bilmədi. Buna görə də Azərbaycanın dövlət xadimlərinə məsləhət görürük ki, mehriban qonşuluq prinsipinə hörmətlə yanaşsınlar”, - o bildirib.

Nikzad Tehranda Azərbaycan səfirliyinə hücuma da toxunub və bir daha İranın ilk gündən irəli sürdüyü absurd iddianı təkrarlayıb. Bildirib ki, bu, "şəxsi motivlidir”:

"Əgər məlumatsız adam səhv edibsə (Nikzad avtomatla səfirliyə hücum edib, polisin müşahidəsi və heç bir müdaxilə etməməsi altında səfirliyin bir əməkdaşını qətlə yetirən, iki nəfəri güllələyən şəxs haqda danışır və onun "səhv etdiyini” deyir – red.), səfirlik bağlanmalı, diplomatlar çıxarılmalı və ayrı şeylərdən danışılmalıdır? Bu hadisədən sonra prezidentimiz Azərbaycan prezidenti ilə əlaqə saxladı, parlamentin sədri də mesaj göndərdi və təəssüfləndiyini bildirdi, mən özüm Tehrandakı Bakı səfirliyinin ikinci adamı ilə danışdım. İran indiyə qədər özünü ləyaqətlə aparıb, ona görə də mən Azərbaycan hökumətinə və parlamentinə tövsiyə edirəm ki, tarix haqqında düşünüb düzgün davransınlar. Son günlər Azərbaycan 4 İran diplomatını qovub, əlbəttə, bizim XİN cavab tədbirləri görəcək, ancaq belə davranışın sonu yaxşı bitmir”.

Nikzad vurğulayıb ki, İran Azərbaycan xalqına xüsusi hörmətlə yanaşır:

"Ona görə də iranlı müsəlman, parlament deputatı və azərbaycanlı olaraq deyirəm ki, İran və Azərbaycan xalqlarının oxşar cəhətləri çoxdur, ancaq Azərbaycan avantüralardan uzaq durmalıdır. İran indiyə qədər təmkinli davranıb, ancaq təmkinin də bir həddi var. Bizim heç bir ziddiyyətimiz yoxdur – iki ölkənin sərhədləri, hakimiyyəti, baxışları aydındır, hər iki ölkə müstəqildir, ancaq azərbaycanlılar tarixi unutmamalıdırlar. Əgər sionist qruplaşma Azərbaycanda yerləşsə, onlar heç nə edə bilməyəcəklər. Bizim ürəyimiz Azərbaycan xalqına görə ağrıyır. Biz münasibətlərimizi ləyaqət və dostluq, sülh şəraitində inkişaf etdirməliyik, lakin İranın səbrinin də həddi var”.

Son xəbərlər

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bütün xəbərlər