İranın ŞOK HƏDƏFİ: Bakı buna hazır olmalıdır! - Türk generaldan XƏBƏRDARLIQ 


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum həyata keçirən terrorçunun fəaliyyətinə baxıldığı zaman onun sıradan biri olmadığı çox açıq və aydın şəkildə görünür. Hücumun planlanması, avtomobilindən düşmə forması, oradakı iranlı mühafizə polisi ilə olan dialoqu onun çox peşəkar bir terrorçu olduğunu göstərir. Bu cür faktlar göz önündə olduğu halda, Tehranın olayı məişət zəminində baş vermiş hadisə kimi gülünc iddia ilə ört-basdır etməyə çalışması qəbuledilməzdir”.

Bu sözləri Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Onun sözlərinə görə, İran hökuməti səfirliyimizə hücum edən terrorçunun bütün bağlantılarını, daha öncə haralarda olduğuna, hansı vəzifələri yerinə yetirdiyinə, kimin üçün çalışdığına dair məlumatları, rəsmi və qeyri-rəsmi fəaliyyətlərini ortaya çıxarmalıdır:

"Terrorçunu ən qısa zamanda mühakimə edib ona ən yüksək cəzanı vermək lazımdır. İran hökuməti bunu etmək əvəzinə, hadisənin terror mahiyyətini, terrorçunun əlaqələrini və kimə (kimlərə) bağlı olduğunu ortaya çıxarmaq yerinə, olaya ailə-məişət zəminində baş vermiş hadisə kimi bəsit don geyindirməyə çalışır. Bu isə Tehrana heç bir fayda gətirməyəcək. İran dövlətinin normalda üzr istəmək kimi bir xüsusu yoxdur, üzr də istəməyəcəklər. Lakin gec də olsa İran prezidentinin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng etməsini üzr hesab etmək olar. Lakin bütün bunlara baxmayaraq, bu hadisə bütün ünsürləri ilə bərabər açıq-aşkar terror fəaliyyətidir”.



General bildirib ki, İran bütün dünyaya qarşı terror siyasəti nümayiş etdirir:

"İranın terrorla olan bağlılığı, terror fəaliyyətləri bu günün məsələsi deyil. İranın siyasi və ideoloji bir hədəfi var. Bu hədəf illərdir ki, dəyişmir. İraq-İran müharibəsi də daxil olmaqla, Tehranın öz təsir və maraq dairəsində siyasi "şiə hilalı” adlı bir hədəfi var. İran "şiə hilalı”nı reallaşdırmaq üçün bəzən açıq, bəzən isə qapalı şəkildə təsir dairəsində fəaliyyət göstərir. Bura Yəməni, Suriyanı, İraqı, Azərbaycandakı və Tacikistandakı fəaliyyətlərini də əlavə edə bilərik. Dolayısı ilə bu hədəfini reallaşdırmaq üçün siyasət yürüdən molla rejimi dünyadakı yalnızlığını, blok edilməsini bu formada konsolidasiya etməyə, xalqını bir arada tutmağa çalışır. Artıq bunun uyğunsuz və davam etdirilməsi mümkün olmayan bir yol olduğunu anlamaları lazımdır”.

İrandakı səfirliyimizin fəaliyyətinin qeyri-müəyyən vaxtadək tam dayandırılmasından danışan Yücel Karauz qeyd edib ki, bu, çox düzgün və yerində atılan addımdır:

"İranın ölkədəki səfirliklərə qarşı məsuliyyətini yerinə yetirməmiş olması kontekstində atılan bu addım, həm də Tehrana mesajdır. Təbii ki, bundan sonra Təbrizdə fəaliyyət göstərən konsulluğun təhlükəsizliyinə diqqət etmək lazımdır. Eyni zamanda, İranda yaşayan Azərbaycan vətəndaşlarına qarşı təxribat törədilə bilər, bununla bağlı da gözüaçıq olmaq lazımdır. Əsas məsələlərdən biri də 1991-ci ildən bu günə qədər İranın təsir agentinə çevrilən, Azərbaycana yerləşmiş, burada ailə həyatı quran, normal həyat fəaliyyəti sürdürən casuslara qarşı diqqət etmək lazımdır. İran, Azərbaycan torpaqlarına hücum edə bilməyəcəyinə görə, bundan sonrakı hadisələr təxribat yönümlü, kiber texnologiyalardan istifadə edilərək həyata keçirilə biləcək terror fəaliyyətlərindən ibarət olacaq. Hesab edirəm ki, əsas diqqət yetirilməli olan məsələ Azərbaycanın daxilindəki İran agentlərinin nəzarət altına alınması və təsirsiz hala gətirilməsidir. Hazırda da bu proses başlayıb və xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən İran casusları tutulur”.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər