“Sea Breeze” işində absurd son: dava salan Elnur Məmmədov kənarda qaldı, dövlət ittihamçısı məktəbliyə belə cəza istədi

 

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi "Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir. İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir.

Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. "Sea Breeze”dəki olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi olub. Elmir İsmayılov və digərlərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov digər iş üzrə təqsirləndirilən şəxsdir.

Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib. Yanvarın 9-da keçirilən prosesə Elnur Məmmədov və onun nümayəndəsi Cavidan Osmanlı qatılmayıblar. Ötən proseslərdən birinə qatılan Elnur Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərdən hər hansı bir şikayəti, tələbi yoxdur, onlar barışıblar. Prosesdə çıxış edən dövlət ittihamçısı Amin Şəkərəliyev ittiham üzrə təqsirləndirilən şəxslərin hər birinə 2 ilə cəza təyin olunmasını istəyib. Dövlət ittihamçısı məktəbli Murad Əhmədlinin məhkəmə zalında həbs olunmasını, onun barəsində 1 il 9 ay həbs cəzası tələb edib.

Bundan sonra həbsdə olan zərərçəkən Cavad Muradov çıxış etdi. O, təqsirləndirilən şəxslərin hər biri ilə çox yaxşı münasbətlərinin olduğunu, barışdıqlarını, dost olduqlarını hakimin diqqətinə çatdırdı:
-Təqsirləndirilən şəxslərin hər birinin azadlığa buraxılmalarını xahiş edirəm. Onların əməlində hər hansı bir xuliqanlıq əməli yoxdur və olmayıb. Onlar da, biz də 7 aydır qanunsuz olaraq həbsdə saxlanılırıq. Qarşıdan prezident seçkiləri gəlir. Biz cəmiyyət üçün xeyrli vətəndaşlarıq, buraxın, çıxıb gedək evimizə, seçkidə iştirak edək. Biz cənab prezidenti dəstəkləyirik, ona səs verməyə hazırıq. Xahişimiz budur ki, bizi həbsdən azad edin.

Bundan sonra hakim çıxışlara hazırlaşmaq üçün vəkillərə yanvarın 18-nə qədər vaxt verdi.

Qısa fasilədən sonra eyni məhkəmə zalında hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdirildi.

Bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Elgün İsmayılov zərərçəkənlərdir.

Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dövlət ittihamçısı Amin Kərimbəylinin yanında əyləşərək hakimdən söz istədi. Dedi ki, 5 dəqiqə əvvəl eyni hakimin, eyni dövlət ittihamçısının iştirakı ilə prosesdə o, müdafiə tərəfi olub. Abbas Kərimbəyli dedi ki, indi isə o, ittiham tərəfidir. Vəkil vəsatətlə dövlət ittihamçısına etiraz edərək dəyişdirilməsini istədi. Vəsatət müzakirə olunarkən vəkil Ülvi Məmmədov dedi ki, dövlət ittihamçısı 2-3 dəqiqə əvvəl ittiham etdiyi, cəza tələb etdiyi şəxslərə indi müdafiə edir. Bu isə absurddur. Vəkil vəsatətin təmin edilməsini xahiş etdi.

Dövlət ittihamçısı isə vəsatətin baxılmamış saxlanmasını istədi. Hakim qısa müşavirədən sonra vəsatəti baxılmamış saxladı.

Bundan sonra zərərçəkənlərdən Elmir İsmayılov sərbəst ifadə verdi. Dedi ki, "Sea Breeze”də davanı salan da, onun maşınını əzən də Elnur Məmmədov olub. Elnur Məmmədov onun maşınını əzəndə Cavad Muradovla Şamxal Məmmədov onun yanında olmayıblar. Elnur Məmmədov dava salanda onun yanında hazırda beynəlxalq axtarışda olan 6-7 nəfər şəxs olublar.

Dövlət ittihamçısının suallarını cavablandıran Elmir İsmayılov bildirib ki, ona xəsarətləri Elnur Məmmədov yetirib.

Hadisənin baş verməsinə gəlincə isə Elmir İsmayılov bildirib ki, həmin gün "Sea Breeze”ə orada təşkil olunan konsertə qatılmaq üçün gəlib. Ora gələndə masalardan birində əvvəldən tanıdığım dostları Cavad Muradovu və Vüqar Tağıyevi görüb. Onlara görüşmək üçün yaxınlaşanda masada əyləşən Elnur Məmmədov ona nalayiq söyüşlər işlədib. Həmin zaman ayağa qalxan Vüqar Tağıyev onu qucaqlayıb və Elnur Məmmədovun onun qohumu olduğunu, söyüşlərin ona getdiyi deyib. Elmir İsmayılov bildirib ki, Elnur Məmmədovun içkili olduğunu anladığına görə heç bir problem olmadığını deməklə öz masasına gedib. Restoranın daxilində isə aralarında heç bir dava olmayıb. Sonradan isə o, restoranı tərk edərkən Elnur Məmmədov 6-7 nəfərlə onun qabağını kəsib, onu vurub xəsarət yetiriblər. O, maşına minib ərazidən uzaqlaşmaq istəsə də, Elnur Məmmədov maşının qabağını kəsib və söyüş söyməklə ondan maşından düşməsini tələb edib. Maşından düşəndən sonra onu vurublar, maşınını Elnur Məmmədov şəxsən əzib.

Növbəti gün isə Elnur Məmmədov onunla görüşüb, baş verənlərə görə üzrxahlıq edib, maşının xərəclərini çəkəcəyini, düzəltdirəcəyini öz üzərinə götürüb. Və elə həmin gün də gedib onlardan şikayət yazıb.
Elmir İsmayılov vəkillərin və hakimin suallarını cavablandırdı. Bir daha bildirdi ki, ona xəsarət yetirən Elnur Məmmədov olub. Cavad Muradov və Şamxal Məmmədov ona hər hansı bir xəsarət yetirməyiblər.

Bundan sonra sərbəst ifadə verən zərərçəkən Məhəmməd Həsənzadə deyib ki, ittiham aktı əvvəldən son nöqtəsinə qədər həqiqət deyil. Orada Şamxal Məmmədovu görməyib, Cavad Muradovu ilk dəfə istintaq təcridxanasında görüb. Orada müstəntiq ona ifadələrə qol çəkməyi tələb edib. O, vəkilinin olduğunu deməklə ifadələrə qol çəkmək istəməsə də, son nəticədə qol çəkməli olub.

Dövlət ittihamçısının suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ona xəsarətləri Elnur Məmmədov və ətrafında olan 6-7 nəfər şəxs yetirib. Onların arasında nə Cavad Muradov, nə də ki, Şamxal Məmmədov olmayıb.

Vəkil Vüsal Orucovun suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ittihamda yazılanlar yalandır:

-Orada yazırlar ki, guya mən Cavad Muradovu döymüşəm, az sonra isə Cavad Muradov guya məni döyüb. Bu, mənasız ittihamdır axı. Nəcə olur mən onu döyürəm, o da sonra qayıdır məni döyür.

Zərərçəkən Peyman Vəlizadə də sərbəst ifadəsində ittihamın yalanlar üzərində qurulduğunu dedi:

-Burada çıxışa başlamazdan əvvəl hər kəs yalan danışmayacağına and içir, yalan danışarsa, məsuliyyətə cəlb olunacağını deyilir. Elnur Məmmədov burada danışdığı 100 sözdən azı 90-nı yalandır. Amma onu məsuliyyətə cəlb etmədiniz axı? Gəlib burada hər şeyi olduğu kimi danışmaq əvəzinə, günahkar olduğunu demək əvəzinə deyir ki, guya mən oxran olmuşam. Bizi də, dostu Cavadı da özünün əvəzindən "rasxoda” verir. İttiham aktı başdan-ayağa səhvdir, mən Cavad Muradov haqda polisə hər hansı bir şikayət etməmişəm, bu gün də ondan hər hansı bir şikayətim yoxdur. Şamxal Məmmədovu da burada görüb tanımışam. Biz günahsızıq, günahı olan Elnur Məmmədovdur, daydayı var deyə kənarda qalıb, bizi qanunsuz və əsasız olaraq həbs ediblər. Bu gün əsassız yerə həbsdəyəm. Xahiş edirəm bizi azad edin. Bundan sonra proses 23 yanvar 14:30-a kimi təxirə salınıb.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər