Kəmaləddin Heydərovun işdən çıxardığı rəis işə bərpa və maaşını tələb edir – 26 illik mübahisə

 

Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləmiş Qara Məmmədov Dövlət Gömrük Komitəsini məhkəməyə verib.

"Turantv.az” xəbər verir ki, keçmiş rəisin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Miminat Hacıbəyovanın icraatındadır. İşin mahiyyəti əmək məsələləri üzrə mübahisələrdən ibarətdir.

Qara Məmmədov 1993-1997-ci illərdə Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib. Həmin vaxt DGK-nın sədri hazırda fövqəladə hallar naziri vəzifəsində çalışan Kəmaləddin Heydərov olub. Əldə etdiyimiz məlumata görə, Qara Məmmədov onun əmri ilə tutduğu vəzifədən azad edilib.

Bildirilir ki, keçmiş rəisi Kəmaləddin Heydərovun bu addımını qanunsuz hesab etdiyindən işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Qara Məmmədov məhkəmə çəkişməsindən qalib ayrılıb. Onun işə bərpa edilməsi və maaşının ödənilməsi barədə qərar çıxarılıb. Lakin DGK bu günə qədər məhkəmə qərarını icra etməyib. Qara Məmmədov qərarın icrası üçün bütün hüquqi yollara baş vursa da, nəticəsi olmayıb.

Məlumata görə, o, nəhayət, Baş Prokurorluğa müraciət edərək faktla bağlı Cinayət Məcəlləsinin 306 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) və 314-cü (Səhlənkarlıq) maddələri ilə cinayət işinin başlanmasını xahiş edib.

Məlumat üçün deyək ki, Xudafərin Gömrük İdarəsi 2019-cu ildə ləğv edilib. Bu qurumun, eyni zamanda Astara, Biləsuvar, Şirvan, gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi yaradılıb.

Qara Məmmədov özü hazırda vəkillik fəaliyyəti ilə məşğuldur. (Qaynarinfo.az)

Son xəbərlər

Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı

“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI… – BU NƏDİ BELƏ?!

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir?

Qarabağ Universitetinə təyin edilən rektor kimdir? – DOSYE

İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir…

Gəncə Dövlət Universitetində nələr baş verir? Kafedra müdirinin əməllərindən Rektorun xəbəri varmı?Şikayət

Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR… – BU NƏDİ BELƏ?!

“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı – “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır…

Bu da Masallının tenderYEYƏNLƏRİ… – İLGİNC SİYAHI…

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi – ƏNDİŞƏ VAR…

Boşanmaların çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Bütün xəbərlər