Kənd məktəbləri niyə boşalır?-Həqiqətən də

 

Region məktəblərində şagird sayının azalması hiss olunur. Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir”.
Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O qeyd edib ki, kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur:
"Lakin buna görə kəndlərdə məktəblərin bağlanması və ya onun tam orta məktəbdən ümumi təhsil məktəbinə çevrilməsi müşahidə olunmayıb. Əksinə, 9 illik təhsil müəssisəsindən 11 illik təhsil müəssisəsinə çevrilən məktəblərimiz var”.

Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a bildirib ki, son illər şagird sayında ciddi azalma müşahidə edilir. Bu da əhalinin təbii artımının azalması ilə əlaqədardır.
E.Əfəndinin dediyinə görə, paytaxtda təhsil alan şagirdlərin sayı təxminən 500 minə yaxındır. Ölkə üzrə 1 milyon 600 min şagirdin bir milyondan çoxu regionların payına düşür:
"Bəzi ərazilərdə şagird sayının azalmasına urbanizasiya da təsir edir. Proses belə davam edərsə, bəzi bölgələrdə təhsil müəssisələri bağlana bilər. Ona görə də, sosial-iqtisadi proqramlar həyata keçirilməli, regionlarda məşğulluğun təmin olunması istiqamətində tədbirlər gücləndirilməlidir”.

Şagirdlərin sayının azalmasını statistik rəqəmlər də təsdiqləyir. Ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılsa da, bu il onların sayı 123300 olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaqların sayında ilbəil azalma olduğunu göstərir.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı millət vəkili Musa Qasımlı da problemin olduğunu təsdiqləyib.Bildirib ki, kəndlərində ən müasir məktəblər tikilsə də, insanların şəhərə gəlməsi nəticəsində şagirdlərin sayı azalır, məktəblərin bağlanması təhlükəsi yarandığından yeni iş yerlərinin açılmasına ehtiyac vardır

 

Son xəbərlər

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Bütün xəbərlər