Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ – Əlinizdən ALINA BİLƏR


İkinci əl maşınlar satılarkən çox vaxt tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmır və satıcı alıcıya maşını idarə etməsi üçün etibarnamə verir. Daha sonra satıcının hansısa məhkəmə problemi olduqda, məsələn onun əmlakına həbs qoyulduqda həbs həmin avtomobilə yönləndirilir. Amma satıcı artıq maşını alıcıya satmış olsa da, arada bir yazılı alğı-satqı müqaviləsi olmadığına və maşın DYP-də alıcının adına keçirilmədiyinə görə, maşın hələ də rəsmi sənədlərdə satıcının adına olur.

Bəs bu problem necə həll olunmalıdır?

Məsələ ilə bağlı danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, baş inspektor, mayor Araz Əsgərli Referans.az-a açıqlamasında bildirib ki, etibarnamə verən şəxs əgər həmin əmlakı onun adına keçirməyibsə, o etibarnamə verənin adında qalır:

"Yəni əgər sabah həmin adam ölsə, boşansa, adamın banka borcu olsa, cinayət məsuliyyətinə cəlb olunsa və ya hər hansı bir mülki mübahisə yaransa, avtomobili etibarnamə ilə alan şəxs problem yaşayacaq. Buna görə də biz hər dəfə vətəndaşlara müraciət edirik ki, əmlakınızı öz adınıza keçirin ki, əlavə problemlər yaranmasın. Etibarnamə ilə alınan avtomobil sizin əmlakınız sayılmır”.

Hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, daşınar və ya daşınmaz əmlakın şəxslər arasında bir birinə ötürülməsi yalnız alqı-satqı müqaviləsi əsasında həyata keçirilməlidir:

"Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra müvafiq qeydin dövlət reyestrində qeydə alındığı andan həmin şəxsə həvalə olunmuş hesab olunur. Etibarnamə ilə hər hansı bir alqı-satqı əməliyyatının aparılması yalnız o halda nəzərdə tutukmuşdur ki, əmlakını digər bir şəxsin səlahiyyətinə etibar edən mülkiyyətçi həmin əmlakın yalnız tamamilə 3-cü şəxsə satışı üçün nəzərdə tutulmuş bir hərəkətlərin edilməsi icra edə bilər. Amma birmənalı şəxs hər hansı digər bir şəxsə etibarnamə verirsə, həmin şəxs əmlakı öz adına rəsmiləşdirə bilməz. Istənilən halda etibarnamə ilə alğı-satqının aparılması qanunvericiliklə yol verilmir”.

Hüquqşünas qeyd edib ki, etibarnaməni vermiş şəxs çox qısa bir müddətdə, pulu aldıqdan sonra gedib həmin etibarnaməni notariusda ləğv elətdirə bilər. Onun sözlərinə görə, şəxs ləğv elətdirdiyi andan da həmin əmlak etibar olunan şəxsin əlindən alınmış hesab olunur: "Eyni zamanda etibar edən şəxsin gələcəkdə hər hansı bir borcu olduğu təqdirdə icra xidməti tərəfindən onun əmlakının müəyyən olunması ilə bağlı müvafiq sorğular verildikdə həmin əmlak şəxsin öz adına çıxır və əmlakın üzərinə həbs qoyula bilər və ya qeydiyyatla bağlı məhdudiyyət qoyulə bilər”.

Bundan başqa şəxs boşunduğu zaman birgə nikah dövründə əldə olunmuş əmlakdırsa, bölünmə predmenti təşkil edir və nəticədə etibarnamə kimə verilmişdisə həmin şəxs öz əmlakından məhrum olunmuş olur – deyə Ramil Süleymanov əlavə edib.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər