Hadisə / Manşet
30.03.2021, 13:48
Sumqayıtda satıcının əl-ayağını bağladılar, sonra…
"Kanal1.az"
Sumqayıtda mağazadan oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparmaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay