Vaqif Əsədov jurnalistin ittihamlarına aydınlıq gətirdi - VİDEO

“Avtomobil Tv adlı “Youtube” kanalının müxbiri Elvin Hüseynov təəsüflər olsun ki, 99 LT 566 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kamera qarşısına çıxardaraq sanki yol polisi əməkdaşının qeyri-qanuni əməlini kəşf etmiş kimi paylaşım edir.”

"Kanal1.az" xəbər verir ki, bu sözləri “avtosfer.az”a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Polis polkovniki bildirib ki, jurnalist Elvin Hüseynovla dəfələrlə əlaqə saxlamağa çalışsa da bu mümkün olmayıb.

“Qaynar xəttdə olan Ülvi adlı şəxs Elvin Hüseynovu yalnız “Whatsapp” vasitəsilə tapmağın mümkün olduğunu bildirdi.
Bu isə onu göstərir ki, Elvin Hüseynov qəsdən telefon əlaqəsinə çıxmayıb. Mən şəxsən onunla əlaqə yaratmağa dəfələrlə cəhd etdim. Lakin bu mümkün olmadı və bundan təəssüf hissi keçirirəm.”

Vaqif Əsədov bildirib ki, sujeti təqdim edən şəxs araşdırma aparmadan, yol polisi ilə əlaqə yaratmadan və qanunun tələbləri ilə tanış olmadan yalnız sürücünü dindirməklə kifayətlənib.

Bu videonu sosial şəbəkələrdə yaymaqla yol polisi əməkdaşı Fərid Əkbərov haqqında qeyri-qanuni informasiya yayaraq özünü haqlı hesab edib.”
Vaqif Əsədov bildirib ki, hadisə fevral ayının 23-ü, saat 12:00 radələrində baş verib.

“Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində Qocayev Elvin Elçin oğlunun idarə etdiyi 99 LT 566 dövlət nömrə nişanlı, “Volkswagen Golf” markalı avtomobil, Ulduz Məmmədrzayevaya məxsus olan 99 VR 720 dövlət nömrə nişanlı, “Nissan Micra” markalı avtomobillə toqquşub və maddi ziyanla nəticələnən qəza hadisəsi baş verib.

Hadisə ilə əlaqədar olaraq Bakı şəhər DYPİ-nin inspektoru, polis baş leytenantı Fərid Əkbərov araşdırma apararaq “Yol Hərəkəti Haqqında”
Qanunun 37-ci maddəsinin 1-ci bəndində və 50-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydaların pozulmasına görə, Elvin Qocayev barəsində İXM-in 327.1, 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək və ara məsafəsi qaydalarının pozulmasına görə) maddələri ilə inzibati qaydada protokol tərtib edib.”

Polis polkovniki “avtomobil.TV” saytına müraciət edərək bildirib ki, inspektor Fərid Əkbərov qanun çərçivəsində öz işini görüb və hər hansı qanunsuz hərəkətə yol verməyib. “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, jurnalist araşdırma aparmadan bu cür sujet yayımlayıb.

Eyni zamanda mənim onunla telefon əlaqəsi yaratmaq cəhdlərimə də müsbət cavab verməyib. Ümid edirik ki, bundan sonra hər hansı sujet yayımlanan zaman ətraflı araşdırma aparıb sonra müvafiq münasibət bildirəcək”.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər