Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi — SON DƏQİQƏ
Bu dəqiqələrdə Türkanda Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev həbs ediliblər.

Aktualxeber.az-a bu baradə qəsəbə sakinləri məlumat verib. Qeyd edək ki, onların saxlanma səbəbi səs-küylü cinayət hadisəsidir. Və bu haqda xəbər az əvvəl dərc olunmuşdu. Həmin yazını bir də təqdim edirik:

“Bakının Türkan qəsəbəsində inanılmaz cinayət sxemində iştirak edən daha iki şəxsin adı üzə çıxıb. Bunlardan biri eks deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov, digəri isə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərovdur. Türkanda baş verən cinayətin mahiyyəti budur ki, qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda arayış verib. Həmin arayışlarda hər iki qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb. Belə ki, qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib. Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq “dünyadan köçüblər”. “Yeni Müsavat”a daxil olan məlumata görə, icra namyəndəsi Rahil Babayev saxta arayış verməkdən əlavə son nəticədə bağ-torpaq sahələrinin satışının baş tutması üçün də addımlar atıb. 2017-ci ildə Türkan qəsəbə icra nümayəndəsi Rahil Babayev Əzizə Atayevanın oğluna deyib ki, onu işə düzəldəcək. Bunun üçün işçisi Mehmanı Əzizə Atayevanın oğlunun yanına göndərib. Mehman Rahil Babayevin adından deyib ki, bəs Çingiz adlı şəxsin adına etibarnamə verməlidir ki, onu işə düzəldə bilsinlər. Çingiz Xeyrəli oğlu Səfərov Türkanda Rahil Babayevə yaxın şəxs kimi ad çıxarıb. Onları tez-tez Türkandakı “Eldar” İstirahət Mərkəzində bir yerdə olurlar. Ona görə də Əzizə Atayevanın oğlu Mehmanın Rahil Babayevin adından dediyi sözlərə inanmaqdan başqa yolu olmayıb. Çingiz Səfərov Əzizə Atayevanın oğlunu Nərimanov rayonunda yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinə aparıb, orada adından çıxış etmək üçün baş etibarnamə alıb. Rahil Babayevin verdiyi saxta arayışda isə Əzizə Atayevanın həyat yoldaşının yeganə vərəsəsi kimi məhz həmin oğlu göstərilib, digər övladlarının olması gizlədilib. Beləcə Rahil Babayev saxta arayış verməklə yanaşı həmkəndlilərinin inamından sui-istifadə etməklə Əzizə Atayevanın oğlundan baş etibarnamə alınmasına nail olub. Həmin baş etibarnamə əsasında Əzizə Atayevanın həyat yoldaşının adına olan bağ-torpaq sahəsi Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun adına keçirilib və sonuncu bağ-torpaq sahəsini satıb! Nəticədə çoxuşaqlı ailənin xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib. Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var.”

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər