Gündəm / Təhsil
24.10.2023, 08:11
Nazirlik 2 milyonluq “məxfi təmir” – Hansı məktəbləri təmir ediləcək?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və
Təchizat İdarəsi "Ricon” MMC ilə maliyyə dəyəri 2 790 355 AZN təşkil
edən satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət respublikanın bir sıra təhsil
müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı idarənin
keçirdiyi tenderin qalibi seçilib. Lakin hansı təhsil müəssisələrində
təmir işlərinin aparılacağı bəlli deyil. Bu barədə tender elanında heç
bir qeyd yoxdur.
"Ricon” MMC-yə gəlincə, şirkət 2003-cü ildə təsis edilib. Tikinti
sahəsi üzrə ixtisaslaşıb. Bir müddət "RVR LTD” MMC adı ilə fəaliyyət
göstərib.
Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri
Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni
təmsilçisi isə İsmayılov Rəşad Rəhim oğludur. Rəşad İsmayılov eyni
zamanda şirkətin direktoru vəzifəsində çalışır.
Açıq mənbələrdə onun haqqında məlumatlar məhduddur. Rəşad
İsmayılovun adına Linkedin biznes mərkəzli sosial şəbəkədə hesab var.
Həmin hesabda o, "Ricon” MMC-nin direktoru kimi təqdim edilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay