Təhməzovun
 
Avqustun 2-də Qida Təhlükəsizliyi Agentliyi "Qazax rayonu Qırmızı Körpü qida təhlükəsizliyinə nəzarət keçid məntəqəsinin tikintisi işləri”nin satın alınması üzrə keçirdiyi tenderdə "EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti ilə 4 268 884.59 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

Qeyd edək ki, "EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti artıq Azərbaycan Cəmiyyətinə tanış şirkətdir. Şirkətin məşhurlaşması heç də gördüyü işlərlə bağlı deyil. "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mərhum sədri Vidadi Muradovun ətrafında yaşananlar olmasıydı "EL-SEYM İNŞAAT” adlı şirkətin mövcudluğu barədə heç kimi təsəvvürü belə olmazdı.

Belə ki, şirkət regionlarda yeni iş yerlərinin yaradılması məqsədi ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ildən başlayaraq rayonlarda xalça istehsalı emalatxanalarının tikinti işlərini həyata keçirib. Şirkətin Qobustan şəhərində, Lənkəranda və Ağstafada yaradılan xalça istehsalı emalatxanalarını neçəyə tikdiyi bəlli deyil. Çünki "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu məqsədlə keçirilən tenderin nəticələri və ayrılan vəsaitlər barədə ictimaiyyətə məlumamt verməyib.

Amma "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialı üçün Prezident İlham Əliyevin 2018-ci ilin may ayında imzaladığı Sərəncamla isə Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.

Bu isə o deməkdir ki, digər rayonlardakı xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün minimum 2 milyon manat vəsait ayrılıb. Amma dəmir konstruksiyalarla quraşdırılmış bu emalatxanaların real qiymətləri bəlli deyil. Bəlli olan odur ki, regionlarda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılmasına 10 milyonlarla dövlət vəsaiti xərclənib və bunun da çoxu "EL-SEYM İnşaat” Qapalı Səhmdar Cəmiyyəti qanuni təmsilçisi, sədri Yaşar Ələkbərov vasitəsi ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mərhum sədri Vidadi Muradova qaytarılıb.

Bunu Yaşar Ələkbərovun özü Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesində ifadə verərkən etiraf edib. Şirkətin direktoru məhkəmədə etiraf edib ki, 4.2 milyonluq tenderi udub. Lakin bu tender necə keçirilib ki, bununla bağlı dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdu.

Məsələn "EL-SEYM İnşaat” QSC-nin Ədliyyə Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə Nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi olması barədə məlumatlar var. Amma "Azərxalça” ASC-nin keçirdiyi tenderlərin qallibi olması barədə heç bir məlumat yoxdur. Yəni, "EL-SEYM İnşaat” QSC-nin direktoru Yaşar Ələkbərovun dediyi 4.2 milyon absurd bir rəqəmdir. Bu söylədiyindən qat-qat çoxdur.

Qeyd edək ki, şirkətin icraçı direktoru Yaşar Ələkbərov Vidadi Muradovun həbsindən sonra məhkəmədə şahid qismində ifadə verərkən deyib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar və buna görə də 800 min manatdan artıq vəsait xərcləyiblər. Belə çıxır ki, "EL-SEYM İnşaat” QSC rayonlarda xalça istehsalı emalatxanasının tikintisi və təchizatı üçün udduğu 4.2 milyonluq tenderin 800 mindən çoxunu "otkat” kimi Vidadi Muradovun evinin təmirinə sərf edib.Yəni, xalça istehsalı emalatxanalarının tikinti işlərinə cəmi 3,2 milyon manat vəsit xərclənib.

Maraqlıdır "EL-SEYM İnşaat” Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə "otkatı” hansı şəkildə və qədər qaytaracaq? Elə 4,2 milyon da Qida Təhlükəsizliyi Agentliyindən udub axı…

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər