Rusiya Ağdam yolunu dəstəkləyir: Moskvadan separatçılara göstəriş nə vaxt gələcək?


Moskva humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz buraxılmasının tərəfdarıdır. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova dünən bununla bağlı rəsmi mövqeyi açıqladı və qeyd etdi ki, "məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.

Bu, rəsmi Bakının mövqeyinin güclənməsi və Ağdam-Xankəndi marşrutunun açılması imkanları baxımından əhəmiyyətlidir.

Birincisi, Rusiya sülhməramlı kontingentinin bölgədə olması Moskvanın separatçılara təsir imkanlarının olduğu deməkdir;
İkincisi, Bakının mövcud vəziyyətdə Xankəndiyə humanitar yardım çatdırmasına praktiki olaraq, Rusiya yardım edə bilər;

Əslində Moskvanın öz hədəfləri var: Laçın yolundan yüklərin buraxılmasına nail olmaq istəyir və bunun üçün Bakının tələbini qəbul edir, daha doğrusu, buna məcburdur. Və Qarabağ məsələsində Bakı ilə mövqeləri toqquşsa da, kənar oyunçuların Laçın yolu üzərindən bölgəyə müdaxiləsinin qarşısının alınması məsələsində uzlaşır.

Rəsmi Bakıya Ağdamdan Xankəndiyə girişin qapısının açılması, prosesin başlanması lazımdır. Sonrakı prosesdə Ağdam marşrutunu əsas daşıma yoluna çevirmək imkanları genişdir, hətta Rusiya ilə mövqeləri toqquşsa belə, Laçın postu hadisələrin inkişafına yön vermək baxımından Bakının əlini gücləndirir.

Moskvanın mövqeyini açıq elan etməsi Ağdam-Xankəndi yolu ətrafında proseslərin inkişafına da təsir edəcək. Hazırda separatçılar təxribatçı qruplar vasitəsilə yolu bloklamaqla müqavimət göstərməyə çalışır, lakin Moskvadan göstəriş gələn kimi geri çəkilməyə məcbur olacaqlar. İstisna deyil ki, Moskvanın göstərişi Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında növbəti dəfə müzakirələr keçirməsindən öncə ola bilər. Və bununla Fransanın timsalında Qərb ölkələrinin "Qarabağda humantar fəlakət” iddiaları üzərindən bölgədəki proseslərə müdaxiləsinin qarşısını almağa çalışacaq.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər