Laçın dəhlizində Azərbaycan nümayəndəsi dayanacaq - Lavrov nə deyir?



Lavrov düşünür ki, Laçın yolu ilə bağlı "problem” tezliklə öz həllini tapacaq. Buna əsas kimi "Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və Qarabağ nümayəndələri (ermənilərin nümayəndəsi) arasında görüşün keçirilməsi”ni göstərir.

Aksiyanın tələblər icra edilmədiyi müddətdə dayanmayacağı şübhəsizdir, rəsmi Bakı bunu ən yüksək səviyyədə bəyan edib. Azərbaycana qarşı təzyiq cəhdlərinin də baş tutmaması həll yolunun yalnız bu çərçivədə mümkün olduğunu deməyə əsas verir.

Sual yaranır: Lavrov aksiyanın tələblərinin qəbul edildiyinə işarə edir?

İlkin tələb qanunsuz istismar edilən mədənlərdə monitorinqin aparılması idi. Lakin erməni mənbələr genişlənmiş tələblərin təqdim edildiyi iddiası ilə çıxış edir: mədənlərin qanunsuz istismarının dayandırılması; Laçın yolunda "X-ray” skaner cihazlarının quraşdırılması; yolda sülhməramlıların nəzarət-buraxılış məntəqəsində Azərbaycan nümayəndəsinin də dayanması; Qarabağda qalan erməni silahlı dəstə və hərbi texnikasının bir neçə mərhələdə bölgədən çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi);

İki məqam da tələblərin genişləndirildiyi ehtimalını gücləndirir.

Birincisi, xarici işlər naziri Ceyhun Bayramovun 17 yanvarda Lavrovla telefon söhbətidir.

- nazir Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb;
- bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb;

Rəsmi məlumatdan belə nəticə çıxır ki, aksiya iştirakçılarının tələbi birdən çoxdur və bura mədənlərin qanunsuz istismarının dayandırılması ilə yanaşı, Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin qarşısının alınması da daxildir.

İkincisi, Lavrovun dedikləridir: Bakı Laçın yolundan hərbi yüklərin daşındığı məsələsini aktual olaraq saxlayır və istisna deyil ki, artıq rusların vədi ilə qane olmur, yolda nəzarət işində praktiki olaraq təmsil olunmağı tələb edir;

Bütün bunların fonunda erməni silahlıların Qarabağdan çıxarılması tələbinin də irəli sürüldüyü istisna deyil.

Lavrovun "problem tezliklə öz həllini tapacaq” sözləri Bakının tələblərinin qəbul edildiyi, yaxud ən azından rusların razı salındığı fikrini ön plana çıxarır. Separatçıların bunu qəbul edəcəyi ehtimalı isə azdır, hərçənd, zaman keçdikcə seçim imkanlarının tükəndiyi də görünür.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər