Azərbaycanın BMT-dəki daimi nümayəndəsi erməni diplomatı faktlarla susdurdu



Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında keçirilən "Millətlər arasında qanunun aliliyi” mövzusunda müzakirələrdə çıxış edib.

"Report”un yerli bürosu xəbər verir ki, səfir öncə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilən Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayəndələrini təbrik edib.

Daha sonra Y. Əliyev BMT-nin məqsədlərindən bəhs edib və bildirib ki, təşkilat beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, eləcədə müharibə və humanitar problemlərin qarşısının alınması məqsədilə fəaliyyət göstərir.

Səfirin sözlərinə görə, təəssüf ki, BMT-yə üzv olduğu ilk illərdə Azərbaycan Ermənistanın monoetnik ideologiyaya əsaslanan təcavüzünə məruz qalıb:

"BMT əsasnaməsinin əsas prinsiplərinə, xüsusilə mübahisələrin sülh yolu ilə həlli və güc tətbiq edilməməsi ilə bağlı prinsiplərə Azərbaycanın məsuliyyətlə yanaşmasına baxmayaraq, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın böyük bir ərazisini işğal altında saxlayıb. ATƏT-in rəhbərliyi ilə aparılan vasitəçilik danışıqlarının iflasa uğradığı müddətdə, BMT TŞ-nin 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan tərəfindən gözardı edilib”.

Səfir, beynəlxalq institutların öz öhdəliklərinə laqeyd münasibət bəsləməsinin və ikili standartlar tətbiq etməsinin Ermənistanı öz məkrli siyasətini davam etdirməyə daha da təşviq etdiyini bildirib.

O, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını üzvlərin diqqətinə çatdırıb.

Y. Əliyev əlavə edib ki, eyni zamanda Azərbaycan Ermənistanla qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət çərçivəsində dövlətlərarası münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edib.

Bununla yanaşı, səfir iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi saxta ittihamlara da münasibət bildirib:

"Azərbaycana qarşı təcavüzü başlayan, onun suveren ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, etnik təmizləmə siyasəti yürüdən və müharibə zamanı misli görülməmiş digər cinayətləri törədən Ermənistanın məhz indi BMT əsasnaməsinə və beynəlxalq hüquqa çağırış etməsi paradoksaldır.”

Sonda Y.Əliyev beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında razılaşdırılmış prinsiplərə və öhdəliklərə əsaslanan ikitərəfli və məqsədyönlü danışıqları dəstəkləməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay