BMT-də Laçın yolu müzakirələri: Əliyev Marqaryanı susdurdu

BMT Təhlükəsizlik Şurasında Laçın yolunda keçirilən aksiya müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, Ermənistanın müzakirələrin keçirilməsi istəyi BMT TŞ-nin üzvü Fransanın dəstəyi ilə baş tutub.

Müzakirələrdə İrəvan BMT-nin Qarabağa "faktaraşdırıcı missiya” göndərməsini istəyib. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan iddia edib ki, Qarabağda humanitar problemlər yaranıb və vəziyyəti yerində öyrənmək üçün "missiya” göndərilməlidir.

Ermənistanın məqsədi azərbaycanlıların Xankəndi yolunda keçirilən aksiyasının qarşısını almaq və Qarabağdakı separatçı-terrorçu rejimin BMT səviyyəsində "tərəf” kimi tanınmasına nail olmaqdır.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bu iddialara cavab verib.

"Azərbaycanda "Dağlıq Qarabağ” adlı rayon yoxdur. Ermənistanın və bəzi Şura üzvlərinin səhvən "Dağlıq Qarabağ” adlandırdıqları Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış suveren regionudur və bu, Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha təsdiq edilib. Azərbaycanın bu ərazisinin hüquqi adı hazırda Qarabağ İqtisadi Rayonu və ya qısaca ekvivalenti ilə Qarabağ bölgəsidir”, - o deyib.

Y.Əliyev əlavə edib ki, nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlamayıb: "Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım avtomobilləri və humanitar yardım karvanları da daxil olmaqla, müxtəlif növ nəqliyyat vasitələrinin yoldan maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz”.

Müzakirələr saat yarım davam edib. BMT TŞ-nin ondan çox ölkəsi, o cümlədən, daimi üzv ölkələrin diplomatları çıxış edib. Fransa nümayəndəsi Laçın yolunun "açılmasını” və BMT "missiyasının” Qarabağa getməsi tələbini irəli sürüb.

ABŞ nümayəndəsi də çıxışını Laçın yolunun açılması məsələsi üzərində qurub. Rusiya nümayəndəsi isə Moskvanın "fəal vasitəçiliyi”ndən bəhs edib.

Hərçənd, bütün bunlar müzakirələrdən o tərəfə keçə bilməz. Çünki istər Xankəndi yolundakı dinc aksiya, istərsə Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimizin talanması, ekoloji terrorun törədilməsi, istərsə bu ərazilərdə Azərbaycanın suveren haqları beynəlxalq hüquqda öz təsbitini tapıb və BMT-nin özü tərəfindən dəstəklənir

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər