Gəncə Psixiatriya xəstəxanasında NƏ BAŞ VERİR? - Burda normal insan da DƏLİ OLAR...
 
Düz iki il əvvəl – 2020-ci ilin iyun ayında Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya xəstəxanası istifadəyə verildi. Psixiatriya xəstəxanasının birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir.

O vaxt açılış mərasimində xəstəxcananın baş həkimi Elmira Mirzəyeva dövlətin qayğılı münasibətini alqışlamışdı: " Xəstəxanamızda ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Bizdə 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otağları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir».

Elmira Mirzəyevanın vəzifəsindən sui-istifadə etməsi barədə indiyədək mətbuatda xeyli informasiya gedib. Məsələn, həmin xəstəxananın işçisi olmuş Faiq Orucovun yaydığı şikayətə görə, Elmira Mirzəyeva adı işdə olub özləri bir gün belə olmayan işçilərə, gün yazaraq əmək haqqlarını alır, xəstəxanada xəstələr üçün verilən ərzaqları, yataq dəstlərini, xəstə üçün verilən ayaqqabıları, yuyucu mayeləri, köhnə xəstəxananın ünvertarlarını və axırda da xəstəxanasının dam örtüklərini, dəmir məmulatlarını, mişar daşlarını, qapı — pəncərələrini, 15 tonluq su çənini və xəstəxanaya aid olan elektrik transformatorunu "silərək” söküb satmaqla məşğul olub. Hətta xəstəxanaya aid malların daşınaraq mağazalara apraıldığı avtomobillərin nömrə nişanları da açıqlanmışdı: VAZ 06 markalı 57 BE 836 və Mersedes markalı 20 DJ 856.

Həmçinin baş həkimin öz qızını xəstəxanada işə düzəltməsi, yarıtmaz idarəçilik siyasətinə qarşı çıxanlara tələlər qurduğu deyilib.

Əgər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) və BMT-nin aidiyyəti qurumları tərəfindən bu tibb müəssisəsinə mütəmadi nəzarət tədbirləri həyata keçirilmirsə, demək məsələyə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qarışmalıdır. Eşitdiyimizə görə qarışıb da. Etibarlı mənbədən aldığımız məlumata görə, Elmira Mirzəyeva əlillik statusu almaq üçün psixi xəstə kimi tanınmaq istəyən şəxslərə "forma-88” satmaq istəyi Bakının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasında düyünə düşüb. Həmin şəxslər E.Mirzəyevadan prokurorluğa şikayət edəndə baş həkimin sürücüsü fədakarcasına sinəsini qabağa verib və bildirib ki, həmin şəxslərdən pulu özü borc kimi alıb, rüşvət deyil. Bununla da baş həkim fədakar sürücüyə külli-ixtiyar verib. İndi deyilənə görə, müəssisədə ən vacib məsələlər məhz sürücünün vasitəçiliyi ilə həll olunur.
Dəryaz.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər