Gündəm
16.03.2022, 16:02
Gəncə şəhər psixiatriya dispanser xəstəxanasının növbəti uğuru.
Hər bir zaman şəhid ailələrinin və Qarabağ qazilərinin yaxın dostu olmuş yeni Azərbaycan partiyasının sədri Gəncə şəhər psixiatriya dispanser xəstəxanasının baş həkimi Tərlan xanım Hüseynova yenə şəhid və qazilərimizi unutmamışdır. Belə ki, milli adət ənənəmiz olan, ilin axır çərşənbəsində xəstəxananın həyətində alovlanan bayram tonqalında, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi, bir dəqiqəlik sükutla yad edildikdən sonra bayram tonqalı alovlanmışdır, tonqal ətrafına toparlanmış həkim kollektivi, bu xoş günü onlara yaşadan, şəhid analarına və qazilərə öz təşəkkürünü və minnətdarlığını bildirmişdir. Və sonda psixiatriya dispanser xəstəxanasının baş həkimi Tərlan xanım Hüseynova cənab prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və dünya Azərbaycanlılarını bu bayram münasibətilə, səmimi qəlbdən təbrik edərək, bol ruzi bərəkət və əmin-amanlığ arzu etmişdir.
Kanal1.Az xəbər portalı
Baş redaktor
Arzu Orucov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay